Xəbər Lenti

    Tərlan Əhmədovla Rəşad Sadiqov üçün "Bakcell Arena"da stimul

    FutbolTarix: 2017-09-12 12:14:00
    ...

    "Neftçi"nin yeni baş məşqçisi Tərlan Əhmədovla yeni transferi Rəşad Sadiqov üçün Topaz Premyer Liqasının qarşıdakı turnda "Zirə"ylə ev oyunu böyük stamul olacaq. Sport24.az xəbər verir ki, "ağ-qaralar" artıq 3-cü mövsümdür rəqib olan zirəliləri hələ də çempionatda məğlub edə bilməyib.

    Yeganə qələbə ötən mövsüm ölkə kubokunda olub ki, onda Elxan Abdullayevin komandası 1/4 finalda "Zirə"ni səfərdə 3:0 hesabı ilə məğlub etmişdi. Yeri gəlmişkən, həmin oyunda het-trik etməklə qələbənin memarı olan braziliyalı hücumçu Jonas Pesalli bu yay Braziliyada avtomobil qəzasına düşərək həlak oldu. Zirəlilər "Bakcell Arena"dakı cavab matçında 2:1 hesabı ilə qalib gəlsə də, bu, cütün qalibi olmaq üçün yetərli olmadı.

    Göründüyü kimi, "Neftçi" artıq öz stadionu olan "Bakcell Arena"da ümumiyyətlə, "Zirə"ni məğlub edə bilməyib. Zirəlilər arxada qalan 2 çempionatda "Neftçi" ilə 8 matçda 1-i texniki olmaqla 6 qələbə qazanıb, 2 heç-heçə edib (topların fərqi 11-2). "Ağ-qaralar" son 3 oyunda məğlubiyyətləri sıralayıb. "Zirə" evdə "Neftçi"ni bir qayda olaraq qol buraxmadan məğlub etməklə yola salıb. Konkret "Bakcell Arena"dakı oyunlara gəlincə, ilk 2-də heç-heçə edən "ağ-qaralar" sonrakı 2-də uduzub. Göründüyü kimi, bu uğursuz statistikanı, "tilsim"i qırmaq 46 yaşlı Əhmədovun üzərinə düşür.

    Sadiqov üçünsə əsas prinspial məqam sonuncu klubunun məhz "Zirə" olması və baş məşqşçi Ayxan Abbasov arasında yaranan problem üzündən klubdan göndərilməsi olub. İndi 34 yaşlı yarımmüdafiəçi keçmiş məşqçisinə özünü göstərməyə çalşacaq. Yeri gəlmişkən, Əhmədov, Abbasov və Sadiqov vaxtilə "Şəfa"da birgə oynayıblar. 

    Xatırladaq ki, "Neftçi" - "Zirə" sentyabrın 16-da keçiriləcək. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3