Xəbər Lenti

    Gimnastlarımız DÇ-dən medalsız qayıtdılar

    GimnastikaTarix: 2017-09-05 13:28:00
    ...

    30 avqust – 3 sentyabr tarixlərində Pezaroda (İtaliya) bədii gimnastika üzrə Dünya Çempionatı keçirilib. Sport24.az xəbər verir ki, 53 ölkədən dünyanın ən güclü gimnastlarının toplaşdığı Adriatik Arenada “çempion” titulu uğrunda gedən gərgin mübarizədə Azərbaycan təmsilçiləri də yer alıb. 

    Turnirə ilk olaraq fərdi gimnastların çıxışları ilə start verilib. Bu proqramda ölkəmizi həm fərdi, həm də qrup hərəkətlərinin tərkibində çıxış edən gimnastımız Ayşən Bayramova və Zöhrə Ağamirova təmsil edib. Dörd alətlə öz çıxışlarını nümayiş etdirən Ayşən, çoxnövçülük üzrə yarışlarda 90 gimnast arasında 26-cı yerdə qərar tutub. İlk dəfə Dünya Çempionatı həyəcanını yaşayan gənc gimnastımız Zöhrə isə komanda yoldaşından 1 pillə geri qalaraq, çoxnövçülükdə 27-ci olub.  

    Turnirin son iki günü isə qrup hərəkətləri komandalarının çıxışları ilə yadda qalıb. Siyana Vasileva, Diana Doman, Zeynep Celep, Aleksandra Platonova və Ayşən Bayramovadan ibarət komandamız icra etdikləri hər iki kompozisiyanın ümumi xalına əsasən çoxnövçülükdə 29 komanda arasında 7-ci olublar. Daha sonra qızlarımız ayrı-ayrı finallarda da öz çıxışlarını icra ediblər. Yekun mərhələdə onlar 5 halqa ilə 6-cı, 3 top-2 iplə 7-ci olublar. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3