Xəbər Lenti

    Cüdoçularımız mundialın son günündə 2 medal qazandı: Qasımov Məmmədovu bürünc uğrunda yendi

    CüdoTarix: 2017-09-02 20:09:00
    ...

    Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı başa çatıb. Sport24.az xəbər verir ki, yarışın 6-cı gündə Azərbaycan millisinin daha 4 idmançısı tatamiyə çıxıb.
     
    Kişilər
    100 kq

     
    Bu çəkidə iki idmançımız -  Elxan Məmmədovla Elmar Qasımov mübarizə aparıb. Yarışa 1/16 finaldan start verən Elxan ilk görüşündə Kayl Reyeslə (Kanada) üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz 1/8-də Anton Savitskini (Ukrayna) məğlub edib. İdmançımız 1/4 finaldakı isə Kazbek Zankişiyevə (Rusiya) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü Varlam Lipartelianiyə uduzan Məmmədov bürünc medal uğrunda yarışmalı olub.
     
    Qasımov da mundiala 1/16 finaldan başlayıb. İlk olaraq  Otqonbaatar Lxaqvasureni (Monqolustan) yolundan kənarlaşdıran cüdoçumuz 1/8 finalda Portuqaliya idmançısı Jorje Fonsekadan üstün olub. 1/4 finalda Aaron Volfa (Yaponiya)  Qasımov təsəlliverici görüşlərdə ilk olaraq belçikalı Toma Nikoforovla qarşılaşıb. Bu rəqibinə qalib gələn Elmar “bürünc” üçün komanda yoldaşı Elxan Məmmədovla qarşılaşıb.
     
    Görüşü qələbə ilə başa vuran Qasımov mundialı 3-cü pillədə tamamlayıb.
     
    +100 kq

    Ən ağır çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokouri ilk görüşündəcə Rafael Silvaya (Braziliya )uduzaraq dünya çempionatı ilə erkən vidalaşıb.
     
    Qadınlar
    +78 kq


    Bu çəkidəki təmsilçimiz İrina Kindzerskaya Essohanam Koro ilə üz-üzə gəlib və qalib gəlib. Cüdoçumuz 1/8 finalda Santa Pakentyeni (Litva) məğlub edib. İrina növbəti mərhələdə Larisa Seriçə (Bosniya və Herseqovina) qalib gəlib. O,  yarımfinalda  Sonq Yudandan (Çin) zəif olub. Təmsilçimiz “bürünc” uğrunda isə  Tisse Savelkulsla (Hollandiya) qarşılaşıb. Rəqibinə qalib gələn İrina mundialı bürünc medalla başa vurub.
     
    Xatırladaq ki, mundialın geridə qalan günlərində Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal qazanıblar.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3