Xəbər Lenti

    Rüstəm Orucov Azərbaycana 2-ci gümüş medalı qazandırdı

    CüdoTarix: 2017-08-30 20:51:00
    ...

    Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, 73 çəki dərəcəsində yığmamız 2 cüdoçu ilə təmsil olunub. Cüdoçumuz Rüstəm Orucov yarışa 1/32 finaldan başlayıb.

    Olimpiya mükafatçımız bu mərhələdə Akil Qyakova (Kosova) ilə üz-üzə gəlib. Orucov rəqibini ipponla məğlub edib. O, ikinci görüşündə Pyer Dupratla güləşib və yenə qələbə qazanan tərəf olub. Rüstəm üçüncü görüşünü Behruzi Xocazodaya (Tacikistan) qarşı keçirib. Təmsilçimiz əlavə vaxtda rəqibini üstələyib. O, yarımfinala gedən yolda çinli Saiyinjiriqala ilə münasibətinə aydınlıq gətirib. Cüdoçumuz ipponla qalib gəlib.  Avropa çempionu 1/2 finalda cənubi koreyalı Çanqrim Anı ipponla məğlub edib. 26 yaşlı cüdoçu finalda yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gəlib və "qızıl xal"la uduzaraq gümüş medalla kifayətlənib. 

    73 kq çəki dərəcəsində yarışan Azərbaycanın digər cüdoçusu, Avropa çempionu Hidayət Heydərov isə yarımfinalda yaponiyalı Soiçi Haşimotoya məğlub olub. 20 yaşlı idmançımız bürünc medal uğrunda monqolustanlı Qanbatar Odbayarla mübarizə aparıb və uduzub.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3