Xəbər Lenti

    Orxan Səfərov dünya çempionatının gümüş medalçısı oldu

    CüdoTarix: 2017-08-28 20:37:00
    ...

    Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib/ Sport24.az xəbər verir ki, ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən Orxan Səfərov mundialın gümüş medalçısı olub.

    Yarışa 1/16 finaldan başlayan Orxan öncə bolqarıstanlı Yanislav Çerçevi mübarizədən kənarlaşdırıb. Güləşçimiz buna 49 saniyəyə qazandığı qələbəylə nail olub. 

    1/8 finalda portuqaliyalı Qonsalo Mansinyonu 30 saniyəyə məğlub edən Səfərov yarımfinala vəsiqə uğrunda görüşdə qazaxıstanlı Eldost Smetovla qarşılaşıb. Orxan bu rəqibinə də vaxtından əvvəl qalib gəlib. O, yarımfinalda özbəkistanlı Diorbek Urozboyevə ipponla qalib gələrək finala yüksəlib.

    Orxanın həlledici qarşılaşmada rəqibi yaponiyalı Noişa Takato olub. Bu görüşdə məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənib.

    Yığmamız qadınların mübarizəsində 48 kq çəki dərəcəsində iki idmançı ilə təmsil olunub. 1/32 finaldan mübarizəyə qoşulan Bazarraqça Erdenebat ilk qarşılaşmadaca rumıniyalı Aleksandra Poplaya uduzub.

    48 kq çəkidə digər təmsilçimiz Leyla Əliyeva da uğursuz çıxış edib. O, 1/16 finalda yaponiyalı Funa Tanakeyə yenilib. .
     
    Qeyd edək ki, Azərbaycan yığması Macarıstana 17 cüdoçu (9 kişi, 8 qadın) ilə yollanıb.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3