Xəbər Lenti

    Elvar Quliyev: "Qərarımda Qurban Qurbanovun etimadı əsas rol oynadı"

    FutbolTarix: 2017-03-20 14:00:00
    ...

    "Qarabağ"da yeni təyinatın reallaşdığı haqda xəbər vermişdik. Əsas komandanın tərcüməçisi olan Əfqan Xəlillini Elvar Quliyev əvəzləyib. Əslən Lənkərandan olan, ispan, portuqal, ingilis dillərini bilən 35 yaşlı Quliyev futbol sahəmizdə uzun müddətdir çalışdığından böyük təcrübəyə malikdi. "Xəzər Lənkəran"da uzun müddət fəaliyyəti ilə tanınan, daha öncə isə "Bakı"da çalışmış Elvar artıq yeni klubunda fəaliyyətinə başlayıb. Premyer Liqanın son turunda "Zirə" ilə səfər matçında iş başında olən tərcüməçi Sport24.az-a müsahibəsinə təyinatının reallaşması haqda fikirləri ilə başlayıb. 

    - Sözün düzü, futboldan uzaqlaşmağı qətiləşdirmişdim. Basqa planlarım vardı və yayda onları reallaşdırmağı düşünürdüm. Amma "Qarabağ" ciddi klub olduğundan, təklif gəlincə bir az düşündüm. Futbola yenidən qayıtmağımla bağlı həqiqətən tərəddüd edirdim. Sonda baş məşqçi Qurban Qurbanovla danışandan sonra işləməyə qərar verdim.

     

    - Onun əsas hansı fikirləri həlledici oldu ki, sənin təklifə müsbət cavab verməyin reallaşdı?

    - Qurban müəllimlə çoxdan tanışıq. "Xəzər Lənkəran"da calışdığım dövrlərdə hər dəfə oyunlardan öncə görüşüb salamlasırdıq. Qurbanovun şəxsiyyətinə və məşqçiliyinə böyük hörmətim var. O da mənimlə çalışmaq istədiyini dedi. Qurban müəllimin bu etimadı qərar verməyimdə əsas rol oynadı. 

     

    - "Qarabağ"ın əvəvlki tərcüməçisi, "Facebook"da jurnalistlərlə bağlı statusuna görə klubdan çıxarılan həmkarın Əfqan Xəlilli ilə tanışlığın varmı?

    - Çox yaxından tanış olmasaq da, salam-əleykümüm vardı. Xəlilli məndə yaxşı insan təəssüratı oyadıb. 

     

    - Təyinatından sonra Əfqanla söhbətiniz olubmu?

    - Əlbəttə, danışmışıq. Ona bu hadisələrlə bağlı təəssüfləndiyimi dedim. Əfqan da öz növbəsində mənə ugurlar arzuladı. 

     

    - Yeni komandanda səni necə qarşıladılar? Xüsusilə də ispan, portuqal dilli legionerlər...

    - Əlbəttə, yaxşı qarşıladılar. Əslində, braziliyalı Riçard Almeydanı lap çoxdan tanıyırdım. İspan Miçel Madeyra iləsə yeni tanış oldum. 

     

    - Almeyda ilə tanışlığın necə olmuşdu?

    - O, "Qarabağ"a yeni gələndə Qurban müəllim mənə zəng edib bəzi şeyləri ona başa salmağımı istəmişdi. Cünki Riçard portuqal dilindən basqa hec bir dildə danışmırdı. Həmin vaxtdan tanış olmuşuq. Bu, təxminən 5 il əvvəl olub. 

     

    - "Xəzər Lənkəran"da çoxlu braziliyalı, ispan futbolçu ilə işləmisən. "Qarabağ"da belə oyunçuların hansı xüsusiyyətləri ilk növbədə diqqətini çəkdi?

    - İki gün ərzində konkret nəsə demək çətindi. Amma ilkin təəssüratlarım müsbətdir. Bayaq dediyim kimi, Almeydanı çoxdan tanıyıram. Madera isə İspaniya La Liqasında 100-dən çox oyun keçirmiş, İngiltərədə legioner həyatı yaşamış peşəkar səviyyəsi yüksək olan oyunçudu. İnsan kimi də xoş təsir bağışlayır.

     

    - Azərbaycan Dövlət Dillər Universitetində təhsil aldığın ispan-portuqalca çoxdandır - 1 ilə yaxındır danışmırsan. Bu, ötən mövsümün sonundan, yəni "Xəzər Lənkəran" fəaliyyətini dayandırandandır. Yəqin, dili yadırğamamaq üçün bu müddətdə daim mütaliə edirdin...

    - Bəli. İspaniya və Portuqaliya mətbuatını, idman mətbuatını hər gün izləyirəm. Artıq bu vərdiş məndə "Futbol+" qəzetində işlədiyim dövrdən yaranıb.

     

    - Sənə doğma olan "Xəzər Lənkəran"la "Qarabağ" arasında müqayisə apara bilərsənmi?

    - "Qarabağ"ın inkişafı gözümüzü qabağında olub.  Addım-addım, pillə-pillə irəliləyiblər. Artıq bəlli sistemlə çalışan komandadı. Bu da çox vacib faktordu. Fikrimcə, digər komandalarımız bu baxımdan geri qalır. Bu fikrimlə yəqin ki, coxları razılaşar. "Xəzər Lənkəran"da da belə bir sistemin tətbiq edilməsini çox istəyərdim. Heyif ki, alınmadı. 

     

    - Ümumiyyətlə, "Xəzər Lənkəran"ın qayıdacağına inanırsanmı?

    - İndiki vəziyyətdə "Xəəzr Lənkəran"ın qayıdacağı ilə bağlı isıq ucu görmürəm. Amma istərdim ki, bu fikirlərimdə yanılmış olum. 

     

    - "Xəzər Lənkəran"ın rəmzinə çevrilən, onun kapitanı olan Rahid Əmirquliyevlə uzun illər birgə çalışmışan. İndisə "Qarabağ"da birgəsiniz...

    - Rahidlə az qala 10 il bir yerdə işləmişik. Onu özümə dogma insan kimi görürəm. Hətta "Qarabağ"ın bazasında yerləşən kimi ilk onun otagına qalxdım. Əlbəttə, Əmirquliyevlə yenidən bir komandada olmaq mənim üçün sevindiricidi. Hazırda "Qarabağ"da oynayan Əfran İsmayılov, Ağabala Ramazanov, Vüqar Nadirov "Xəzər Lənkəran"da çıxış etdikləri zaman onlarla da yaxşı münasibətlərim vardı. 

     

    - Sonda "Qarabağ"da  hədəfinin, məqsədinin, ümidlərinin nə olduğunu bilmək istərdik...

    - Təkcə mən yox, artıq bütün ölkə, Azərbaycan "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşməyini gözləyir. Mənim üçün bu təcrübəni yaşamaq maraqlı və xoş olar. Umid edirəm ki, artıq bu yay istəklərimiz reallaşar.

     

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0