Xəbər Lenti

    "Qəbələ"nin daha bir taekvondoçusu Universiadanın medalçısı oldu

    DigərTarix: 2017-08-26 12:18:00
    ...

    Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Məhəmməd Məmmədov Tayvanda təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının mükafatçısı olub. Sport24.az xəbər verir ki, idmançımız yarışın son günündə fərqlənib.

    63 kq çəki dərəcəsində çıxış edən Məmmədov Universiadanın bürünc mükafatına sahib çıxıb. Taekvondoçumuz 1/16 finalda meksikalı Edqar Porras Reyesi 21:5, 1/8 finalda Tay Tin Vinqi (Honq Konq) 29:9, 1/4 finalda isə braziliyalı Venilton Torres Teyxeiranı 24:12 hesabı ilə məğlub edib. Bununla da yarımfinala yüksələn Məhəmməd finalın bir addımlığında iranlı rəqibi Mirhaşem Hosseyniyə uduzub (9:19) və yarışın bürünc mükafatçısı olub.

    Xatırladaq ki, Universiadada çıxış edən digər taekvondoçumuz Milad Beigi Harçeqani 80 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, çempion adına yiyələnib.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3