Xəbər Lenti

    "Zirə" "Qarabağ"ın 2-ci "abunəçi damğa"sından qurtula bildi

    FutbolTarix: 2017-03-20 15:48:00
    ...

    "Zirə" Azərbaycan Premyer Liqasının cari mövsümündə "abunə"çilikdən canını qurtara bildi. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda "Qarabağ"la 4-cü matçında nəhayət, uduzmadı. Zirədə keçirilən matç qolsuz bərabərliklə nəticələndi.

    Bu, "Qarabağ"ın "Zirə" ilə tarixində ilk səfər matçının nəticəsinin təkrarı oldu. Söhbət 2015-ci il dekabrın 13-də keçirilən matçdan gedir.  

    Komandalar arasında bu çempionatda daha öncə baş tutan 3 oyun ağdamlıların 2:0 hesablı qələbələri ilə nəticələnmişdi. Ümumiyyətlə, "Qarabağ" "Zirə" ilə matçlarda açkar üstünlüyə malikdi. Belə ki, 8 oyundan 6-da qalib gələn Qurban Qurbanovun yetirmələri heç vaxt rəqibinə uduzmayıb. Bu azmış kimi, "Zirə" rəqibinin qapısına cəmi 1 oyunda yol tapa bilib. Həmin qol ilk matçda - 2015-ci oktyabrın 17-də keçirilən ilk matçda vurulub - 1:4. Oun müəllifi çernoqoriyalı yarımmüdafiəçi İqor İvanoviç olub. Mövsümlərarası fasilədə "Zirə"dən gedən legioner "Azərsun Arena"da keçirilən matçın 34-cü dəqiqəsində fərqlənib. 

    Xatırladaq ki, cari çempionatda bütün oyunlarda rəqibinə uduzaraq "abunə"çi adına sahib olan ilk və hələ ki yeganə komanda AZAL-dır. Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda həmin "Qarabağ"la hər 4 qarşılaşmada uduzub. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0