Xəbər Lenti

    Rəşad Sadıqov: "Arzumuza çatmaq üçün son damla qanımıza qədər mübarizə apardıq"

    FutbolTarix: 2017-08-24 10:27:00
    ...

    Çempionlar Liqasının qrup mərhələsində yüksələn “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Baklıda hava limanında qarşılanma zamanı müsahibə verib. Sport24.az xəbər verir ki, çempionumuzun kapitanı jurnalistlərin sualllarını cavablandırıb.

    - Çətin qarşılaşma oldu. Rəqib mərhələ keçmək üçün son dəqiqəyə kimi əlindən gələni etdi. "Kopenahgen" təcrübəli komandadı. Məqsədimizə çatmaq üçün sonadək mübariz apardıq. Sevinirik ki, mərhələ adlayan tərəf biz olduq.

    - Bütün azarkeşlər səhərə kimi yatmayıb, qələbəni bayram edib. Onlara nə sözün vardı?

    - Hamıya təşəkkür edirəm. Hər kəs bu nailiyəti istəyirdi. Neçə illərdir buna doğru gedirdik. Bu il istəyimizə çatdığımıza görə çox sevirinik. Yadınızdadır, ötən mövsüm ÇL-i necə üzücü şəkildə tərk etdik. Bu yay da hazırlıq dövründə məğlubiyyətlərimiz olurdu. Hətta insanlarda bizə qarşı inamsızlıq da yaranmışdı. Amma nəyəsə nail olmaq üçün ilk gündən nə əziyyət çəkəcəyimizi bilirdik. Düşündüyümüz transferlər alınmadı. Qurban müəllimi bir daha təbrik edirəm. Transfersiz, bu qədər çətinliklərə baxmayaraq - çoxlu zədəlilərmiz oldu, milliyə xeyli futbolçumz cəlb edildi - xeyli ağır proseslərdən keçdik. Bəzi şeylər var ki, kənardan görünmür. Dünənki matçda Qurban müəllim bir neçə dəfə oyun sistemini dəyişdi. Belə matçlarda nəyisə dəyişmək böyük riskdi. İlk hissədə məğlub durumda olmağımıza baxmayaraq, fasilədə bizə çox yaxşı çıxış etdiyimizi bildirdi. Bizə mərhələni keçəcəyimizi və inandığını bildirdi. Bu uğur münasibətilə bütün xalqımızı təbrik edirəm. “Qarabağ” təkcə bizim yox, xalqın komandasıdı. Hansı komandanı təmsil etdiyimizi bilirik, Arzumuza çatmaq üçün son damla qanımıza qədər mübarizə apardıq.

    - Bu gün püşk atılacaq. Qarşılaşmaq istədiyiniz rəqib varmı?

    - İndiyə kimi püşkdə xüsusi istədiyimiz komanda olmayıb. Heç kimdən çəkinməmişik.

    - “İnter”lə 3 il əvvəlki matçda çexiyalı hakim Miroslav Zelinkanın səhvindən sonra demişdin ki, “bir də əlimizə bu cür şans düşəcək, ya yox, bilmirəm”. Dünən qələbədən sonra nə düşünürdün?

    - Yolda çox şey haqqında danışmışıq. Bakıya qaydarkən 5 saat biz də yatmamışıq. “Rusenborq”la səfərdə 0:0 hesablı heç-heçədən sonra bizi təbrik edirdilər. Amma bu gün ÇL-in qruplarındayıq. Növbəti mövsüm reqlamentdə dəyişikliklər ediləcək və nəticədə vəsiqə qazanmaq da çox çətin olacaq. Başa düşürdük ki, belə fürsəti bir də əldə etməyə bilərik. Əlimizdən gələni etdik ki, bu il istəyimizə nail olaq. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3