Xəbər Lenti

    Qurban Qurbanov tarixi qələbəni şərh etdi: "1-2 transfer etməyi planlaşdırırıq"

    FutbolTarix: 2017-08-24 01:29:00
    ...

    "Əlbəttə, təkcə biz yox, bütün Azərbaycanı xalqı bu qələbəni istəyirdi, oyunboyu bizimlə idi.  Hamı istəyirdi bu uğuru. “Bütün Azərbaycan xalqını, azarkeşlərimizi, "Qarabağ"lıları, hər kəsi tərbik edirəm. Sevinirik ki, ölkəmizi sevindirə bildik". Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İdman Azərbaycan"a açıqlamasında bildirib.  

    Çempionlar Liqasının qrupuna düşməklə bağlı tarixi uğuru şərh edən 45 yaşlı mütəxəssis onun əhəmiyyətindən danışıb: "Belə turnirlərdə çıxış etmək futbolumuz üçün çox önəmlidir. Belə turnirin qrup mərhələsində oynamaq həm bizim, həm də ölkəmiz üçün faydalı olacaq. Bu, futbolumuzun inkişafı yönündə böyük addım olacaq və futbol bütün ölkədə daha da seviləcək. Hal-hazırda yadına sala bilmirəm ki, karyeramda hansı məğlubiyyətə belə sevinmişəm. Klub ciddi uğura imza atırsa, ona imkan verən məğlubiyyətə də sevinmək olar".

    Qurbanov Danimarkada "Kopenhagen"ə 1:2 hesabı ilə cavab pley-off matçını belə dəyərləndirib: "İlk hissədə oyunumuz pis getmirdi. Sadəcə, müdafiədə diqqətli olmadıq, nəticədə qol buraxdıq. İkinci hissədə daha da yaxşı oynamalı idik. Çünki hesab bizi qane etmirdi. Futbolçularımız ikinci hissədə meydanda daha soyuqqanlı idilər. Düşündüyümüz kimi oldu və sonluq xeyrimizə nəticələndi".

    Təcrübəli mütəxəssis qrup öncəsi mümkün transferlərə də toxunub: "Təkcə indi üçün yox, ümumiyyətlə, transfer etməyi planlaşdırırıq. Hazırda danışıqlar gedən fubolçuları heyətimizə qatmaq istəyirik. Çalışacağıq ki, 1-2 transfer edək. Artıq sabahdan bu işlərlə yaxından məşğul olacağıq. Nə dərəcədə istəyimizə çatacağımızı zaman göstərəcək".

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3