Xəbər Lenti

    Migel Madera: "O, heç vaxt özünü yalandan yerə atmaz"

    FutbolTarix: 2017-03-20 09:26:00
    ...

    "Qarabağ”ın ispaniyalı futbolçusu Migel Madera Topaz Premyer Liqanın XXIII turunda “Zirə” ilə səfər oyunundan (0:0) sonra brifinq keçirib. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.

    - Rəqibdən belə müqavimət gözləyirdiniz?

    - Təbii ki, matçın çətin olacağını gözləyirdik. Ümumiyyətlə, bütün komandalar daha yaxşı oynamağa başlayıblar. Təsadüfi deyil ki, AZAL da “Qəbələ”dən 1 xal ala bildi.

    - Sanki “Qarabağ” istədiyi futbolu nümayiş etdirə bilmirdi. Bunun səbəbini nədə görürsən?

    - İlk yarıda daha çox çətinlik çəkdik. Çünki "Zirə" davamlı pressinq tətbiq edirdi. Fasilədən sonra təşəbbüsü ələ aldıq. Ancaq rəqib tam olaraq müdafiəyə çəkildiyindən qol vurmaq çətinləşdi.

    - İkinci hissədə rəqib futbolçu Akim Latifu qırmızı vərəqə aldı. Bu qərarı doğru sayırsan?

    - Həmin vaxt başqa yerə baxdığımdan o epizodu görmədim. Həm də bilirəm ki, rəqibin kobudluq etdiyi komanbda yoldaşım Ansi Aqolli heç vaxt yalandan özünü yerə atmaz, artistlik etməz.

    - Dani Kintana ilə Reynaldonun yoxluğunu hiss edirsən?

    - Artıq bu haqda düşünməyin mənası yoxdu. Təbii ki, Reynaldo aparıcı, eləcə də zədəli olan Kintana aparıcı futbolçularımız idilər. Ancaq komandamızda onların yerini dolduracaq futbolçular var. Biz də onlarla yola davam edirik.

    - Dani Kintanasız çempionluq mübarizəsi aparmaq çətin deyil ki?

    - Dani çox fərqli futbolçudu. Ancaq bundan sonra heç nə edə bilmərik. Ümid edək ki, o, zədəsini tez sağaldacaq.

    - Yeri gəlmişkən, həmyerlin Kintana ilə əlaqə saxlayırsan?

    - Dani əməliyyatdan sonra bərpa prosesini keçir. Düşünürəm ki, yaşıl meydana qayıdandan sonra daha yaxşı formada olacaq. Bu mövsüm olmasa da, növbəti mövsüm komandamıza fayda verə biləcək.

    - Bir neçə epizodda “Zirə”nin kapitanı Elvin Məmmədovla aranda gərginlik oldu. Nə olmuşdu?

    - Meydanda yaşananlar elə orda da qalır. 

    - Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsində martın 26-da Almaniya yığması ilə qarşılaşmasından hans nəticəni gözləyirsən?

    - Azərbaycan milli komandasına uğurlar arzu edirəm. Bilirəm ki, belə bir güclü rəqiblə oynamaq çətin olacaq. Amma bu, futboldu və istənilən nəticə qeydə alına bilər.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0