Xəbər Lenti

    Təmkinli "Zirə"nin məqsədi ilk üçlükdü: "Baş məşqçimizin bu qərarı mənə daha əlverişlidi"

    FutbolTarix: 2017-08-23 20:07:00
    ...

    "Deməzdim ki, "Kəpəz"lə son oyunda Təmkin tək nəsə elədi. Komanda olaraq matça yaxşı hazırlaşmışdıq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Zirə"nin futbolçusu Təmkin Xəlilzadə bildirib. Gənc yarımmüdafiəçi Topaz Premyer Liqasının son turunda "Kəpəz"lə matçın keçirildiyi Yevlaxdakı bərabd qazonda çox yaxşı oyunu ilə seildi və matçın qəhrəmanı oldu. Belə ki, Xəlilzadə 3:0 hesanı ilə qalib gəldikləri matçda dubl edərək qələbədə əsas pay sahibi olub: "Səfərə gedəndə qazonu, necə meydançada oynayacağımızı yaxşı bilirdik. Taktiki cəhətdən yaxşı oynadıq. 90 dəqiqə ərzində rəqibə 1-2 qol imkanı verdik. Oyun ərzində üstünlük də biz idi. Əsas odur ki, həmin səfərdən 3 xalla qayıda bildik".  

    Xəlilzadə cari mövsümdən müdafiənin yox, yarımmüdafiənin sol cinahında oynayır. O, bu möveyə qayıtmasının oyununa yaxşı təsir etməsi fikiylə razılaşır: "Keçən mövsüm bütün oyunları müdafiədə oynayırdım. Bu mövsüm baş məşqçimiz belə bir qərar alıb ki, qabaqda oynayıb. Mənə də bu, yaxşıdı. Topa oynamağı sevən futbolçuyam. Ona görə də yarımmüdafiədə oynamaq mənə daha əlverişlidi".

     24 yaşlı futbolçu hazırda turnir cədvəlinə başçılıq edən komandasını çempionluq mübarizədə "Qarabağ"la "Qəbələ" üçün ciddi rəqib sayır: "Əlbəttə ki, yüksək yerlər uğrunda mübarizədə ciddi rəqib olacağıq. Qarşımıza ilk 3 yerdən birini tutmağı qoymuşuq. Yenidən avrokuboklarda, ən azı Avropa Liqasında oynamaq istəyirik. Çempionata ciddi hazırlaşırıq. İnşallah, məqsədimiz böyükdü. Allah bizi utandırmasın". 

    MEHMAN SÜLEYMANOV

    "

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10