Xəbər Lenti

    Rauf Əliyev: "Prosineçki mənə inandığını, oynadacağını demişdi"

    FutbolTarix: 2017-03-19 23:35:00
    ...

    “Robert Prosineçkinin vaxtında milliyə bunadək çağırılsam da, oynamamışdım. Uzun müddətdən sonra millinin heyətində 45 oyun sərgilədim". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev bildirib.

    Millimizin Qətər yığmasına səfərdə 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşündə fasilədən sonra meydana çıxan "İnter"in hücumçusu oyunun videoyazısını izləyə bilmədiklərini söyləyib: "Qarşılaşmaya maraq az idi. 5-6 nəfər kənardan izləyirdi. Belə bir şey yox idi ki, oyunun nəticəsi bukmeker kontoruna qoyulduğuna görə qapalı keçirilirdi. Belə olanda, əksinə matç göstərilməlidi. Ərəblər dedilər ki, qarşıdakı iki vacib oyunları - İran və Özbəkistanla matçları var. Buna görə də bizimlə qarşılaşmanı qapalı keçirirlər".

    Rauf Almaniya ilə rəsmi matçda da oynayacağına böyük ümidlər bəsləsə də, Prosineçki ona dəvət göndərməyib: "Heyətə baxanda sadəcə, gülümsündüm. Siz də görüsünüz də, azarkeşlər də. Mənim nəsə deməyim artıq mənasızdır. Prosineçki ilə ilk görüşümdə söhbətimiz olmuşdu, O, mənə inandığını, oynadacağını demişdi. Milliyə nə vaxt çağırılacağamsa, canla-başla oynayacağam".

    Əliyev kənardan izləyəcəyi Almaniya ilə matçdan da söz açıb: "Çətin rəqibdir, gücü hamıya bəllidir. Millimiz sonadək mübarizə aparacaq. Bunun necə alındığını oyun göstərəcək. Bekə rəqibə qarşı 11 nəfərin hamısı müdafiə olunur. Çünki çox güclü komandadır".

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10