Xəbər Lenti

    3 1:0, 1 0:3 və ya hücumçulara dərs keçən vingerlər

    FutbolTarix: 2017-08-22 14:00:00
    ...

    Topaz Premyer Liqasının II turu hücumçular üçün uğursuz alınıb. Sport24.az xəbər verir ki, keçirilən 4 oyunda forvardalrın heç biri fərlqənə bilməyib.

    Əvəzində cinah yarımmüdafiəçiləri öz sözlərini deyiblər. "Zirə"də qol vuran Təmkin Xəlilzadə ilə Nicat Qurvanov sol və sağ vingerdir. "Qarabağ"la "Səbail"ə son dəqiqələrdə qələbə topuyla 3 xal qazandıran Əfran İsmayılovla Elman Taqayev də hücumameylli cinah yarımmüdafiəçiləridi. "Qəbələ"yə qələbə qazandıran, zədəli İlqar Qurbanovu əvəzlənən Tellur Mütəllimov isə ümumiyyətlə, sağ cinah müdafiəçidi. Göründüyü kimi, tur cinah oyunçularının olub. 

    Bu turda oyunlarda qol vuran yalnız 1 komanda olub. Halbuki, ilk turda bütün komandalar meydanı qolsuz tırk etməmişdi. Bu dəfə 3 1:0, 1 0:3 qeydə alınıb. 

    "Səbail"in Premyer Liqada ilk qələbəsi Azərbaycan futbolunun flaqmanı olan "Neftçi", Samir Əliyevinki isə vaxtilə həm futbolçu, həm də baş məşqçisi olduğu komanda üzərində olub. Bu, ağ-qaralar"ın son 11 ayda baş məşqçisi olan Elxan Abdullayevin istefa verərək vəzifəsindən getməsi ilə nəticələnib. "Zirə" isə "Kəpəz"i Yevlaxda böyük hesabla məğlub etməklə tarixində ilk dəfə turnir cədvəlində 1-ci yerdə olub "Kəpəz"i isə son pilləyə yollayıb. 

    "Sumqayıt" üçün Qəbələ səfəri yenə uğursuz alınıb. İndiyədək bu məkanda cəmi 1 dəfə heç-heçə edən, qalan matçların hamısında uduzan "gənclik şəhəri"nin təmsilçisi uğursuz ənənəsini davam etdirib. 

    Beləliklə, 2 turdan sonra turnir cədvəlində üçhakimiyyətlilik yaranıb. "Zirə", "Qarabağ" və "Qəbələ" hələ ki yüzfaizli nəticəylə gedirlər. Sadəcə, Ayxan Abbasovun komandası topların daha yaxşı fərqinə görə turnir cədvəlinə başçılıq edir. Cari çempionatda hələ ki het-trik qeydə alınmasa da, artıq 2 dubl var. Özü də bu, hər 2 turda olub və müəllifləri sol cinah yarımmüdafiəçiləri Mahir Mədətovla Təmkin Xəlilzadədi. Ancaq hər 2 turda meydanı qolsuz tərk etməyən futbolçu yoxdu. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0