Xəbər Lenti

    Elxan Abdullayev "31"lə yola salındı

    FutbolTarix: 2017-08-22 09:40:00
    ...

    Elxan Abdullayev istefa verdiyi "Neftçi"nin baş məşqçi postunda 31 oyun keçirib. Sport24.az xəbər verir ki, 47 yaşlı mütəxəssis 11 aylıq fəaliyyətində mənfi saldoya malik olub.

    Belə ki, "ağ-qaralar" onun rəhbərliyi altında 10 qələbə qazanıb, 3 heç-heçə edib, 18 məğlubiyyət alıb. Topların fərqi 29-38 rəqibin xeyrinədi. “Zirə”yə məğlubiyyət zamanı olan texniki nəticə top fərqində nəzərə alınmır.

    "Neftçi" Abdullayevlə Topaz Premyer Liqasında 26, ölkə kubokunda 5 matç keçirib. Çempionatda 16 dəfə uduzan “ağ-qaralar” 8 qələbə qazanıb və 2 heç-heçə edib. (topların fərqi 23-34). Ölkə kubokundakı 5 matçda isə Abdullayevin komandası 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət yaşayıb. Ancaq burada top fərqi "Neftçi"nin xeyrinədi - 6-4.

    Xatırladaq ki, 2016-cı il sentyabrın 18-dəki debüt matçında “İnter”ə 1:2 hesabı ilə yenilən  Abdullayev bu il avqustun 19-da “Səbail”ə 0:1 hesabı ilə uduzaraq postundan ayrılıb. Hər iki matç səfərdə - müvafiq olaraq "İnter Arena"da və "Dalğa Arena"da olub. 

     

     

     

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 5 3 1 1 8-5 10
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10