Xəbər Lenti

    İlqar Qurbanovdan ən azı 3-4 həftəlik fasilə: "Qarabağ"a qarşı oynaya bilməyəcək

    FutbolTarix: 2017-08-22 09:10:00
    ...

    “Qəbələ” Topaz Premyer Liqasının III turunda "Qarabağ"la səfər oyununa itkiylə çıxacaq. Klubun həkimi Roman Jolobaylyukun Sport24.az verdiyi məlumata görə, “qırmızı-qaralar” avqustun 26-da "Azərsun Arena"da keçiriləcək matçda təcrübəli müdafiəçisi İlqar Qurbanovun xidmətindən istifadə edə bilməyəcək.

    Məlum olub ki, İlqarın II turda “Sumqayıt”la qarşılaşmanın 12-ci dəqiqəsində aldığı zədə ciddidi: "Tibbi müayinə İlqarın barmağının qırıldığı müəyyənləşdirdi. İlkin ehtimalına görə, Qurbanov 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

    31 yaşlı futbolçu bu gün Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçəcək. Məhz bundan sonra onun konkret nə vaxt sıraya dönəcəyi bilinəcək".

    İstənilən halda, İlqar sabiq komandasına qarşı oynaya bilməyəcək.

    Xatırladaq ki, Qurbanov uzun illər "Qarabağ"da oynadıqdan sonra bu yay "Qəbələ"yə keçib. 

     

     

    Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı avqustun 26-da baş tutacaq.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 5 3 1 1 8-5 10
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10