Xəbər Lenti

    Millimizin baş məşqçisini qovan yenidən Qurban Qurbanovla Rəşad Sadıqovun qarşısına çıxacaq

    FutbolTarix: 2017-08-21 20:00:00
    ...

    Çempionlar Liqasının pley-off matçında “Qarabağ”ın səfərdə “Kopenhagen”lə matçını idarə edəcək ispaniyalı Undiana Malenko Azərbaycan futbol ictimaiyyətinə yaxşı xatırlayır. Sport24.az xəbər verir ki, 43 yaşlı FİFA referisi indiyə kimi cəmi 1 dəfə təmsilçilərimizin oyununu idarə etsə də, bu, yaddaqalan olub.

    Bu, 2005-ci ilin iyununda Tofiq Bəhramov adına Respubilka stadionunda Azərbaycan milliissinin Polşaya 0:3 hesablı uduzduğu qarşılaşmanı idarəçiliyindəki qərarıdı. Məhz həmin rəsmi oyun yığamızın o vaxtkı braziliyalı çalışdırıcısı Karlos Alberto Torresin bu postda son qarşılaşması olub. Qapımıza vurulan 3-cü qolun oyundan kənar vəziyyət olduğunu iddia edən Torres hakimləri rüşvət almaqda ittiham etmiş, 4-cü hakim Santyaqo Rodriqesi yumruqla vurmuşdu. Bu uğursuz nəticə  və davranış braziliyalı mütəxəssisin həm meydandan, həm də yekunda millimizdən səbəb olmuşdu.

    Maraqlıdı ki, həmin vaxt meydanda olan yığmamızın futbolçularından Qurban Qurbanov, Zaur Tağızadə və Rəşad Sadıqov 12 il sonra Malenko ilə üz-üzə gələcək. Tağızadə baş məşqçi Qurbanovun köməkçisidirsə, Sadıqov hələ də karyerasını davam etdirir və "Qarabağ"ın kapitanıdı. 

    İxtisasca sosioloq olan Malenko 2004-cü ildən FİFA referisi dərəcəsini daşıyır. O, bu müddətdə 112 beynəlxalq qarşılaşmanı idarə edib, 440 sarı, 16 qırmızı vərəqə göstərib. Ədalət təmsilçisi19 dəfə də qapılara penalti təyin edib. 

    Qeyd edək ki, "Kopenhgen" - "Qarabağ" matçı avqustun 23-ü saat 22:45-də start götürəcək. 

     
     
Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 5 3 1 1 8-5 10
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10