Xəbər Lenti

    Tahir Gözəldən mənəvi ziyarət

    FutbolTarix: 2017-08-21 17:26:00
    ...

    Fotoda "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin yanındakı şəxsi yəqin tanımayan yoxdu. Türk dünyasının əfsanəvi uşaq məşqçisi Həmdi Serpil Tüzün. Qocaman uşaq məşqçisi Türkiyədə uşaq futbolunun formalaşmasında əvəzsiz xidmətləri olan şəxs..

    ..Hər 2 ölkənin uşaq futbolunun inkişafında əvəzsiz iz buraxan Serpil hocamızın illərin gətirdiyi zəhmətin yorğunluğuyla səhhətində problem yaranıb. Bundan xəbər tutan vitse- prezidenti Tahir Gözəl də Serpil hocamızı ziyarət edib. Başqan Həmdi Serpil hocayla "Qarabağ"dan, onun verdiyi xidmətlərdən, "Qarabağ"ın son uğurlarından bəhs edilən mənəvi yüklü görüş baş tutub.  Serpil Hocanın səhhətiylə maraqlanan başqanımız ona şəfa diləyib.

    Kimdir Həmdi Serpil Tüzün. Düz 13 il əvvəl-2004-cü il: “Qarabağ” Azərbaycan uşaq futbolunda tarixi bir yenilik edir. Türkiyəyə Metin Tekin,  Sergen Yalçın kimi tanınmış futbolçuları bəxş edən 90-cı illərdə “Beşiktaş”ın memarı, Türkiyənin gənclərdən ibarət milli komandasını Avropa çempionu etmiş və “hocaların hocası” kimi tanınan Həmdi Serpil Tüzün klubumuza dəvət olunur və klubumuzun uşaq futbol akademiyası ona əmanət edilir. Serpil hoca gələr-gəlməz islahatlara başlayır. Və Azərbaycanda ilk dəfə “Qarabağ”ımız uşaq futbolunda qapısını hər kəsə açaraq müxtəlif yaş qrupları üzrə seçimlər edir. Bu seçimlərdə Serpil hoca  o vaxt onlarla azyaşlı uşaqları futbol akademiyamıza dəvət edir. Məhz bu uşaqları içində 4 nəfər: Qara Qarayev, Əfran İsmayılov, Rauf Əliyev və Maksim Medvedev isə illər keçdikcə həm "Qarabağ"ın, həm də milli komandamızın əsas futbolçusu olur. Həmdi Serpil Tüzün ilk dəfə olaraq akademiyamızda aşağı yaş qruplarında çıxış edən futbolçularımızın əsas komandaya gedən yolunu açdı. Nizam-intizamlı bir futbol akademiyası formalaşdıran Həmdi Serpil Tüzün 2005-ci ildə artıq işinin ilk mərhələsini uğurla başa vuraraq Türkiyəyə qayıdır.

    İllər keçdikcə yenidən türkiyəli mütəxəssisin fikirlərinin yeni mərhələsinin icrasına başlanma zəmini yaranır və 2010-cu ildə Hamdi Serpil Tüzün futbol akademiyamıza dəvət olunur. Bu da təsadüfi deyil,  6 il əvvəl yetişdirdiyi meyvələr artıq öz bəhrəsini vermiş,  həmin futbolçular əsas komandanın daimi üzvlərinə çevrilmişdi. Serpil hocamız ikinci gəlişində klubumuzda artıq Avropanın aparıcı klublarının futbol akademiyalarının təcrübələrindən yararlanmaqla müasir akademiya yaratmaqla bağlı öz planlarını qurur. Artıq klubumuzun alt yapısında yeni fidanların toxumları səpilir və həmin fidanlar illər sonra həm “Qarabağ”ın,  həm də ölkəmizin adını ali futbol turnirlərində uca edəcək.  Hətta Serpil hocamız Avropanın aparıcı klublarının seminarlarında iştirak edərək həmin klubların uşaq futbolu ilə bağlı proqramlarını Azərbaycanda tətbiq edən ilk mütəxəssislərdəndir. Təsadüfi deyil ki, məhz 2010-cu ildə onun zəhmətinin nəticəsində formalaşdırılan uşaq futbol komandalarımız illər sonra bəhrəsini verərək uğurlu nəticələr əldə edib. Hazırda əsas komandamızda çıxış edən Eltun Turabov, Zaur Fərzəliyev, Məmməd Hüseynov, Turan Manafov kimi gənclərin önünü açan məhz Serpil hoca olub. Adıgedən gənclərin illər sonra həm "Qarabağ"ın, həm də milli komandamızın əsas üzvlərindən biri olacağına şübhəmiz yoxdur. 2012-ci ildə şəxsi problemləriylə bağlı Serpil hoca Azərbaycanı tərk etmək qərarına gəlir. 

    Və nəticə olaraq,  Serpil Hoca Azərbaycan və "Qarabağ" uşaq futbolunda yeni bir eranın başlanğıcını qoyur, gənc futbolçuların əsas komandaya cəlb olunması və "Qarabağ"da futbol akademiyasının peşəkar səviyyədə formalaşması məhz Həmdi bəyin adı ilə bağlıdır...

    Əfsanəvi "hoca"  artıq adını həm Türkiyə, həm də Azərbaycan məşqçiliyinə qızıl hərflərlə yazdırıb. Futbolun əxlaq, təhsil və idman ruhunu özünü birləşdirən metodologiyası ilə özünəməxsus cığır açaraq tarixə adını əbədi həkk etdirib..

    Tez sağal, Serpil Hoca..

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0