Xəbər Lenti

    Ayxan Abbasov: “Qəbələ” üçün xüsusi hazırlaşmayacağıq"

    FutbolTarix: 2017-03-19 21:22:04
    ...

    “Qarabağ”a qarşı oynamaq çox çətin idi. Amma rəqibi analiz etmişdik və matça ciddi hazırlaşmışdıq. Futbolçularıma rəqibi sıxmağı tapşırmışdım və bunun öhdəsindən gəlməyi bacardıq”. Sport24.az verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın XXIII turunda “Qarabağ”a qarşı oyundan (0:0) sonra bildirib.

    - Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin oldu. Futbolçularımızın sona qədər  mübarizə aparmağı çox sevindirici idi. Qarşıda fasilə var və bundan istifadə edib, daha yaxşı olmağa çalışacağıq.

    - Bu gün komandanız çox istəkli idi. Bunu “Neftçi”nin turnir cədvəlində sizə yaxınlaşması ilə əlaqələndirmək olar?

    - Mən əvvəl də demişəm ki, çempionatda mübarizə çox çətin olacaq. Bu gün məğlub olsaydıq, bizim üçün çətin olacaqdı. Futbolçularımda istək var və çalışacağıq ki, bunu sona qədər davam etdirək.

    - Oyunun gedişində futbolçularınız bir-biri ilə mübahisə edirdilər...

    - Bunu mübahisə kimi dəyərləndirmirəm. Komandamızda əsas məsələ intizamı qorumaqdır. Amma oyun zamanı bunlar olan şeylərdir.

    - Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Həmin oyun haqda nə deyə bilərsiniz?

    - Bizim üçün bütün oyunlar eynidir. “Qəbələ” üçün xüsusi hazırlaşmayacağıq. Bütün oyunlarda olduğu kimi, “Qəbələ” ilə oyuna da qələbə üçün çıxacağıq. (qol.az)

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 27 17 6 4 44-13 59
Qəbələ 27 14 10 3 47-19 52
İnter 27 11 10 6 39-32 43
Zirə 27 9 9 9 26-26 36
Kəpəz 27 8 9 10 23-27 33
Sumqayıt 27 8 8 11 26-34 32
Neftçi 27 9 2 16 23-43 29
AZAL 27 1 7 19 13-47 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10