Xəbər Lenti

    Elxan Abdullayev gedişinin "Neftçi”yə yalnız xeyir verəcəyinə ümid edir: "Qərarım hər hansı bir kənar təzyiqlə bağlı deyil"

    FutbolTarix: 2017-08-21 13:17:00
    ...

    Bu gün "Neftçi”nin baş məşqçi vəzifəsindən istefa verən Elxan Abdullayev azarkeşlərə vida sözləri ilə müraciət edib. Sport24.az xəbər verir ki,47 yaşlı çalışdırıcı hər şeydən əvvəl klubun rəhbərliyinə ona inandığı və şans verdiyi üçün minnətdarlığını bildirib: "3 illik müqaviləmin qüvvədə olmasına rəğmən, komandanın ilk iki turda göstərdiyi nəticələrin məsuliyyətini üzərimə götürərək istefa verdim. Bu qərar heç də asan başa gəlmədi və hər hansı bir kənar təzyiqlə bağlı deyil. Mübariz bir insan kimi indiyədək hansısa təzyiq və tənqidlərdən çəkinməmişəm. Sadəcə, son nəticələri "Neftçi”nin böyük tarixinə yaraşdırmadım. Hər şeydən maksimum əldə etməyə çalışan bir insanam və bu çətin vəziyyətdən çıxış yolunu getməkdə gördüm. Ümid edirəm ki, bu qərarım "Neftçi”yə yalnız xeyir verər. Klubda çalışdığım müddətdə mənə inanan və dəstək olan hər kəsə, hər bir azarkeşə təşəkkür borcluyam! Çox sağ olun!”.

    Xatırladaq ki, "Neftçi" ilk 2 turda evdə "Qarabağ"a 1:3, səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzub. 

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10