Xəbər Lenti

    "Qəbələ" Tiflis "Dinamo"sunu yenə məğlub etdi

    FutbolTarix: 2017-08-21 13:10:00
    ...

    “Qəbələ” və Gürcüstanın “Dinamo” (Tiflis) klublarının aşağı yaş qruplarından olan komandalar arasında ilk matçlar keçirilib.  Sport24.az xəbər verir ki, “qırmızı-qaralar”ın U-13 və U-15-i Qəbələdə səfərdə olan qonşu ölkədən gələn həmyaşıdları ilə görüşüb. 13 yaşadək futbolçuların oyunu məhsuldar alınıb. 3:2 hesabı ilə qalib gələn “Qəbələ”nin heyətində Elmir Hüseynli, Murad Ələkbərov və Eşqin Əhmədov rəqib qapısına yol tapıb.

    Bununla da "Qəbələ"nin əsas komandası kimi 13 yaşlıları da "Dinamo"nu öz meydanında çəğlub edib. Bu yerdə qeyd edək ki, bu klub 2014-cü ilin yayında Avropa Liqasının I təsnifat mərhələsində qarşılşamışdı və Qəbələdəki cavab matçında təmsilçimiz 2:0 hesablı qələbəylə mərhələ adlamışdı. 

    U-15 komandalarının matçında isə 1 qol vurulub. Bu qarşılaşmada qonaqlar qalib gəlib. İki gündən sonra U-13 və U-15-lər yenidən üz-üzə gələcək.

    Xatırladaq ki, iki klub arasında razılığa əsasən, “Dinamo”nun iki yaş qrupu üzrə təmsilçisi Qəbələdə hazırlıq keçib, yoxlama oyunları keçiriləcək. Bir neçə aydan sonra isə “qırmızı-qaralar”ın digər iki yaş qrupu üzrə komandası Tbilisiyə səfər edəcək.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0