Xəbər Lenti

    Cavid Tağıyev səhvini etiraf etdi: "Sumqayıt" mənim üçün tramplindi, qalxmalıyam"

    FutbolTarix: 2017-08-21 11:11:00
    ...

    “Çətin olacağını əvvəlcədən bilirdik, yaxşı hazırlaşmışqdıq. İlk hissədə qol buraxdıq və həmin epizodda mənim də səhvim vardı”. Sport24.az xəbər verir ki, bunu “Sumqayıt”ın hücumçusu Cavid Tağıyev Topaz Premyer Liqasının II turu çərçivəsində “Qəbələ”yə 0:1 hesablı məğlubiyyəti şərh edərkən deyib.

    O, bildirib ki, fasilədən sonra toparlanmağa çalısalar da, əllərinə düşən fürsətlərdən yararlana bilməyiblər: “Bunu bacarsaydıq, ən azından heç-heçə ilə qayıda bilərdik. Daha çox ilk hissədə qol vəziyyətləri yaratdıq. Deməzdim ki, ikinci hissədə sönük çıxış etdik. Oyunumuzda nəsə çatışmırdı. Səhvlərimizdən nəticə çıxarmalıyıq. Qarşıda bizi “Zirə” ilə matç gözləyir”.

    Tağıyevin sözlərinə görə, ilk turda “Kəpəz”i məğlub etməkləri doğma meydanda çıxış etmələri ilə bağlıdır: “Azarkeşlərimizin önündə oynayırdıq və daha istəkli idik. Həmin dəstək Qəbələdə də olsaydı, ən azı heç-heçə edərdik. “Qarabağ”dan sonra “Zirə”də formamda bir az düşüş oldu. Məşqçinin taktikasına uyğun gəlmədim. Ayxan Abbasov şans vermədi. “Sumqayıt”a gəlməkdə məqsədim əvvəlki formamı bərpa etmək və milliyə dəvət almaqdır. Bura mənim üçün tramplindir, qalxmalıyam. Komandam üçün də əlimdən gələni edəcəm. “Sumqayıt”la bir illik müqaviləm var. Mövsümün sonunda təkliflər olsa, baxacam. Bu mövsüm üçün hədəfimiz Avropa Liqasına vəsiqə qazanmadır. Bunun üçün əlimizdən gələni edəcəyik”.

    CEYHUN ƏLİYEV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3