Xəbər Lenti

    Roman Qriqorçuk "od püskürdü": "Hakimlikdən qətiyyən razı qalmadım"

    FutbolTarix: 2017-08-20 22:52:00
    ...

    Topaz Premyer Liqasının II turu çərçivəsində keçirilən "Qəbələ" - "Sumqayıt" matçından sonra meydan sahiblərinin baş məşqçisi ROman Qriqorçuk mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, ukraynalı mütəxəssis Əliyar Ağayevin idarəçiliyini "ağ yuyub, qara sərdi".

     

    - Komandanızın oyunundan razı qaldız? Bu günkü oyun qarşıdakı matçlar üçün ümid verir?
    - Komandamdan çox razıyam. Çünki qələbə qazandıq. Bizi növbəti turda çox ciddi oyun gözləyir. "Qarabağ" çox maraqlı və səviyyəli rəqibdi. Necə olacağını görəcəyik.

    - Adətən qələbədən sonra gülərüz olursuz. Amma bu gün konfransa aqressiv başladız. Bu, verilən sualla bağlı idi?
    - Komanda qələbə qazanıb və mən özümü çox yaxşı hiss edirəm. Hər dəfə oyundan sonra fərqli emosiyalar olur. Sadəcə, ötən mövsüm elə oyunlarımız olub ki, rəqibdən çox üstün oynayıb, sonda xal itirmişik. Ötən mövsüm hakimlər bizi 15 xaldan məhrum etdi. Bu gün isə sevinirəm ki, qələbə qazandıq.

    - Cavid Hüseynovun adı 23-lükdə yox idi.  Yalnız boğaz ağrısına görə?..
    - Cavid çox istəyirdi ki, bu gün meydanda olsun. Amma hərarəti olduğu üçün risk etmədik.

    - Bir neçə epizodda Ozobiç əks-hücum zamanı əlverişli mövqedə olan komanda yoldaşlarına ötürmə vrermədi. Bu, sizin diqqətinizi çəkdi?
    - Təkcə Ozobiç yox, oyunda çox məqamlar oldu ki, düzgün qərar vermədik. Belə epizodlarda düzgün qərar vermək vacibdir.

    - "Qarabağ" "Qəbələ" ilə oyundan öncə "Kopenhagen"lə çox vacib səfər matçına çıxacaq. Bu, komandanız üçün üstünlük yaradır?
    - Əslində belə suallara təəccüblənirəm. Mən istərdim ki, biz də Avroliqada mübarizəni davam etdirək. Güclü rəqiblərlə qarşılaşmaq hər zaman yaxşıdır. Bu, futbolçularımızın inkişafına müsbət təsir göstərir. Əslində bu, "Qarabağ" üçün üstünlükdür. Çünki onlar Avropa futbolunu, sürəti görürlər. Belə olduqda heyət də geniş olmalıdır. Komandada futbolçuların çox olması üstünlükdür.

    - Konfransın əvvəlində ötən mövsüm hakimlərin 15 xalınızı aldığını qeyd etdiniz. Bu gün Fİlip Ozobiçə qarşı dirsəklə endirilən zərbəyə Əliyar Ağayev göz yumdu. Elə PFL-in mətbuat xidmətinin rəhbəri də burda olmuşkən soruşmaq istəyirəm, sizə elə gəlmir ki, bu, ötənilki mövsümün davamı deməkdi?
    - Adətən oyunlarda hakimlərlə o zaman danışırlar ki, həmin matçda penalti təyin olunur / olunmur, kiməsə qırmızı vərəqə verilir / verilmir. Bugünkü oyunda hakim idarəçiliyindən qətiyyən razı qalmadım. Bir neçə epizodda futbolçularımıza qarşı aşkar kobudluq oldu. Hakim rəqibin ən azı bir futbolçusuna qırmızı, 3 futbolçuya isə sarı vərəqə verməli idi. Belə olduğu halda bütün komandalar daha ehtiyatlı oynamağa çalışırlar. Ancaq inanaq ki, ikinci turdu, çempionatın əvvəlidi, vəziyyət düzələr.

    - Qolu əvəzetmədən oyuna daxil olan Tellur Mütəllimov vurdu...
    - Bu gün Tellur başla effektiv qol vurdu. Bu, yaxşıdır, sevindiricidi. Daha yaxşı olan isə ikinci hissədə onun topla irəliləyib mərkəzə meyillənməsi idi. Əsl Avropa səviyyəsində reyd.

    - Avroliqada mübarizəni dayandırdıqdan sonra iki futbolçu komandadan ayrıldı. Yeni transferlər gözlənilir?
    - Yox. Bu mövsüm transfer edərkən universal, bir neçə mövqedə oynamağı bacaran futbolçuları heyətə cəlb etdik. Qışa qədər hər hansı əksiklik olmasa transfer etməyəcəyik.

    CEYHUN ƏLİYEV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3