Xəbər Lenti

    Samir Abasovun üsyanı: "Xəyal Nəcəfov və Cavid Tağıyev"

    FutbolTarix: 2017-08-20 22:32:00
    ...

    Topaz Premyer Liqasının II turu çərçivəsində Qəbələdə eyniadlı komandaya 0:1 məğlub olan "Sumqayıt"ın baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, mütəxəssis bir sıra yetirmələrindən narazı qaldığını gizlətmədi.

     

    - İlk səfər oyunumuz idi. Gözlədiyimizdən də çətin oldu. Bəzi oyunçularımız sanki meydanda yox idilər. Bu, bizə çətinlik yaratdı. Oyun "Qəbələ"nin üstünlüyü şəraitində keçdi. Biz bunu gözləyirdik. Amma buna baxmayaraq, inanırdıq ki, sərfəli nəticə qazana bilərik. Təəssüf ki, bir neçə futbolçumuz zəif oynadığı üçün istədiyimiz nəticəıni əldə edə bilmədik. 

    - Narazı qaldığınız futbolçular kim idi?
    - Xəyal Nəcəfov və Cavid Tağıyev.

    - Ötən mövsüm daha çox gənclərdən ibarət idi komandanız. Bu mövsüm isə təcrübəli futbolçular çoxdu heyətinizdə. Amma təcrübəli oyunçular ümidləri doğrultmadılar... 
    - Bəli təcrübəli futbolçular istəniləni vermədilər. Amma bu futbolçular son illərdə oyun praktikasından əziyyət çəkirdilər. Buna görə də onları başa düşmək olar.  Praktika toplamaq üçün vaxta ehtiyacları var. İkinci turda bunu qlobal problem etmək istəmirəm. Yavaş-yavaş səhvləri aradan qaldıracağıq.

    - Nəticə sizin üçün gözlənilməz oldu?
    - Ötənilki oyunlara baxanda özümüzə inamımız çox idi. "Qəbələ"nin "İnter"lə oyunu da bizə motivasiya vermişdi. Xal qazanacağımıza ümid edirdik.

    - Növbəti turda "Zirə" ilə qarşılaşacaqsız. Bu oyun haqda nəı düşünürsüz?
    - "Zirə"nin oyununa 70 dəqiqə baxa bildik. Oyuna hazırlaşacağıq.

    CEYHUN ƏLİYEV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0