Xəbər Lenti

    Şahin Diniyev: "Premyer Liqanın ən aşağı büdcəsinə sahib olan klubuq"

    FutbolTarix: 2017-08-20 21:14:00
    ...

    Yevlaxda “Zirə”ni qəbul edən Gəncə “Kəpəz”inin baş məşqçisi Şahin Diniyev 0:3 hesablı məğlubiyyətdən sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis Sport24.az-ın Yevlaxa ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

    - İlk dəfədir komandadan narazı qaldım. Uzun ötürmələrdən uğursuz istifadə etməyimiz əleyhimizə işləyən amildir. Üç ildir “Kəpəz” yaxşı meydançaya həsrətdi. Səbəbi bunda axtarmıram. Çünki rəqib də eyni şəraitdə idi. Zədəli futbolçularımızın olması ümumi potensialımızı aşağı saldı. Növbəti turda üz-üzə gələcəyimiz “Neftçi” ilə daha çətin oyun gözləyirəm. Vaxt keçdikcə bakılılar oyunlarını düzəltməyə başlayır.

    - Komandanızın 3 top buraxacağını gözləyirdiniz?
    - Müdafiədə axmaq səhvlər buraxdıq. Rəqib 3 dəfə əks-hücumda bizi yaxaladı. Müdafiədə çox bərbad oynadıq. Stabil, etibarlı oynaya bilmirik. Sadəcə, müəyyən epizodlarda təzyiq olmayan bir vəziyyətlərdə səhvə yol veririk. Bu cür qazonda yaradıcı futbol sərgiləmək olduqca çətindi. Ancaq səbəb axtarmıram. Kobud səhvlərə yol verdik və acı nəticəsini daddıq. 

    - “Kəpəz”in güclü transferlər edib iddialılarla ayaqlaşmaq planı yoxdu?
    - Plan həmişə var. Ancaq hər bir şey reallığa söykənməlidi. Premyer Liqanın ən aşağı büdcəsinə sahib olan klubuq. Hücumçularımız gənc futbolçulardır. Ancaq perspektivi düşünən yoxdu, hər kəsi nəticə maraqlındır. Bunu da başa düşürəm. Vaxt keçdikdə səhvləri azaltmağa çalışacağıq.
     

    MEHMAN SÜLEYMANOV, Yevlax

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0