Xəbər Lenti

    Ayxan Abbasov: "Təmkin qəhrəman deyil"

    FutbolTarix: 2017-08-20 20:09:00
    ...

    “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının II turunda “Kəpəz”ə Yevlaxda 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis Sport24.az-ın Yevlaxa ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. 

    -    Bilirdik ki, çətin mat olacaq. Belə çətin şəraitdə inamlı qələbə qazanmağımız bizi çox sevindirir. Futbolçularımız meydanda xarakter, əzmkarlıq göstərdilər. Hava toplarından yaxşı istifadə etdilər, meydanda vuruşdular. Bir sözlə, taktiki düzgün oynadıq. Qol epizodlarından maksimum yararlandıq. Matçboyu əzmkar oynadıq. “Kəpəz”i Yevlaxda da olsa 3:0 hesabı ilə yenmək bizi sevindirir. Çünki bu komandaya səfərdə 2 dəfə uduzmudşuq. Artıq “Kəpəz”lə səfər sindromunu qırdıq. Şans verdiklərim futbolçular da özlərini doğrultdi.

    -    Hakimlik sizi qane etdi?
    -    Rəvan Həmzəzadə oyunu normal etdi. Futbolçular kimi o da meydanda çox əziyyət çəkdi. Bu gün futbol mübarizədən ibarət idi. Baş hakim nəticəyə təsir edən edən səhv etmədi. Avropa Liqaısnda hakimləri gördük. Özümüzünkləri dəstək olmalı, qədrini bilməliyik.
     
    -    Aranızda yaşanan insidentə Xaliq Mərdanov səbəb oldu?
    -    Xaliq məndən yaşca böyükdü. Onunla futbolçu dövründə rəqib olmuşuq. Heç bir problemimiz olmayıb. Sadəcə, meydanda topun çıxarılması ilə bağlı anlaşılmazlıq oldu. Oyunda belə hadisələr olur. Hər kəsə hörmət etməliyik.

    - Təmkin Xəlilzadəni oyunun qəhrəmanı sayırsınız?
    - Təmkimi qəhrəman seçməzidm. Müdafiə xətti, Anar Nəzirov yaxşı oyandılar. Taktiki işimizdən razı qaldım. Nicatın qol vuracağını gözləyirdim. Onu qazanmaq istəyirəm, potensiallı futbolçudu. Neçə həftədir ki, ondan qol gözləyirdim. 

    - Yevlaxda “Karvan”a qarşı oynamısınız. Həmin oyunu xatırlayırsınız?
    - “Karvan” yaxşı yadımdadı. Mükəmməl oyun alınmışdı. 4:3 nəticələnmiş həmin matçı unutmaq olmaz. Çalışmaq lazımdı ki, əyalətdə komandalar olsun. Qaldığımız Mingəçevirdə futbolsuzluq təəssüf doğurur. Hər cür şəarit var. Meydana pis olsa da, Yevlaxda oynamaq bizi sevindirir. Ümid edirəm ki, tezliklə “Karvan” Premyer Liqada olacaq. Baş məşqçi Kənan Kərimov da çalışır. Onlara uğurlar arzulayıram.
     

    MEHMAN SÜLEYMANOV, Yevlax

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10