Xəbər Lenti

    "Məhəmmədrəsul Məcidov İslamiadada çıxış edəcək" - Böyük məşqçi

    BoksTarix: 2017-03-19 21:00:00
    ...

    Boks üzrə yığma komandanın böyük məşqçisi Nəriman Abdullayev in Sport24.az-a müsahibəsi.

     

    - Nəriman müəllim, "Böyük İpək Yolu"nu dəyərləndirərdiz.

    - Komandamız bu yarışda əlindən gələni etdi. Gözlədiyimiz nəticəni də qazandıq. 9 qızıl mükafat balaca göstərici deyil. Açığı, rəqiblər də zəif deyildi.

     

    - Albert Səlimovun gedişindən sonra Elvin İsayev onun əvəzləyicisi kimi görünürdü. Amma nədənsə onu bu yarışda öz çəkisi 60 kiloqramda deyil, 64 kq-da gördük. Səbəb nə idi?

    - Elvin əvvəlki yarışlarda 60 kiloqramda çıxış etmişdi. Bunun üçün çox çəki salmalı olmuşdu. Çəki saldığı üçün də xeyli güc itirmişdi. Ona görə məsləhət bildik ki, 64-də çıxış etsin. Nəticəsi də əla oldu. "Qızıl" qazandı.

     

    - Belədə də olimpiya mükafatçısı Sotomayorla aralarında ciddi rəqabət gedəcək.

    - Sotomayor bu ara formada deyil. Turnirdə də zəif çıxış etdi. Rəqabətə gəlincə, bu və nəticəsini gələcək göstərəcək. Hələ o qədər mürəkkəb məsələlər var ki, bizim qarşımızda. Qarşıdakı yarışlar üçün optimal heyətlər müəyyənləşdirməliyik. Çox çətindi.

    - Çox güman ki, İslam Oyunları ilə Avropa çempionatını, aralarındakı vaxt fərqinin azlığını nəzərdə tutursuz. Çünki birinci yarış da önəmlidi, yeni qaydalarla dünya çempionatına vəsiqə verdiyi üçün ikinci də.

    - Bəli, doğru vurğuladınız. İslam Həmrəyrliyi Oyunlarına "doğma divarlar" arasında keçirildiyi üçün nə qədər ciddi yanaşırıqsa, bir elə də seçim nöqteyi- nəzərindən yanaşırıq. "Böyük İpək Yolu"nun nəticələrinə görə İslamiada ilə bağlı bəzi məsələləri dəqiqləşdirmişik, amma hələ açıq qalan məsələlər var. Görək, çətin seçimlər qarşısındayıq.

     

    - Ən ağır çəkidə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovun "Rio 2016"-dan sonra karyerasını bitirdiyi ilə bağlı söhbətlər gəzirdi. Bu, nə dərəcədə doğrudu?

    - Bitirməyib. Sadəcə, ağır zədəsi var. Onun müalicəsi ilə məşğuldu. Çox güman ki, İslamiadaya kimi bərpa olunub, orda çıxış edəcək.

    Sahib ƏSƏDBƏYLİ

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0