Xəbər Lenti

    Topaz Premyer Liqasında "Neftçi"ylə başlayan, "Neftçi"yə rəqib olan: Samir Əliyev nəhsdən çıxır

    FutbolTarix: 2017-08-19 11:51:00
    ...

    Samir Əliyev 2 illik fasilədən sonra Topaz Premyer Liqasına qayıdıb. Sport24.az xəbər verir ki, 38 yaşlı mütəxəssis "Səbail"də siftəsi komandanın Premyer Liqada debütünə təsadüf edib. Bu, "Zirə" ilə səfər matçında 1:2 hesablı məğlubiyyət olub.

    Əliyev Topaz Premyer Liqasında debütü 2015/16 mövsümündə olub. O, bu gün üzləşəcəyi "Neftçi"də çalışıb. Ancaq gənc mütəxəssis hələ mövsümün ilk yarısı bitməmiş istefa verməli olub. Bu, 2015-ci ilin noyabrın 8-də "Bakcell Arena"da "Rəvan"a 2:3 hesablı məğlubiyyət olub.

    Əliyev daha sonra "Neftçi"də baş məşqçi gələn təcrübəli həmkarı Əsgər Abdullayevin köməkçisi, ardından isə qayıtdığı əvəzedici komandanın baş məşçqisi olur və ötən mövsüm ona bürünc medal qazandıraraq klubdan gedir.

    Əliyev "Neftçi"ni Topaz Premyer Liqasında 12 oyuna çıxarıb - 3 qələbə, 4 heç-heçə, 5 məğlubiyyət. Onun "Səbail"i də nəzərə alsaq, 13 oyunu arxada qalıb və sabiq komandası ilə bugünkü qarşılaşması 14-cü olacaq.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10