Xəbər Lenti

    Skandinavlara başlayan yolun 28-ci yolçusu: Mahir Mədətov "Qarabağ”ın yeni rekordçusu oldu

    FutbolTarix: 2017-08-18 17:10:00
    ...

    “Qarabağ”ın futbolçusu Mahir Mədətov avrokuboklarda qol hesabını açıb. Sport24.az xəbər verir ki, 20 yaşlı hücumçu Çempionlar Liqasının pley-off mərhələsinin debüt matçımızda fərqlənib. Onun Danimarkanın “Kopenhagen” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionundakı oyunun 25-ci dəqiqəsində vurduğu qol futbolumuza tarixi qələbə qazandırıb – 1:0.

    Bu, 1996-cı ildən avrokuboklarda çıxış edən “Qarabağ”ın tarixində 82-ci qol olub. Mahir Ağdam klubunun heyətində qitəmiqyaslı turnirlərdə rəqib qapısına yol tapan 28-ci futbolçudu. 

    “Qarabağ”ın Avropada debütü artıq tarixin yaddaşına köçən Kuboklar Kubokunda olub. Maraqlıdır ki, bu da skandinavlarlılarla matçda olub. Söhbət Bəxtiyar Musayevin 21 il öncə Finlandiyada “MüPA-47” ilə matçda vurduğu qoldan gedir. Ağdamlılar indiyədək UEFA bayrağı altında keçirilən bütün yarışlarda iştirak edib. Bunlar artıq keçirilməyən İntertoto kuboku ilə yanaşı, UEFA kuboku (hazırkı Avropa Liqası) və Çempionlar Liqasıdı.

    “Qarabağ”ın avrokuboklarda bombardiri bütün Azərbaycan klublarının heyətində ən çox qol vurandır. Bu, qışda komandadan gedən braziliyalı hücumçu Reynaldo Silvadı – 11 qol. Hazırkı heyətdə bombardir 7 dəfə fərqlənən Reynaldonun həmyerlisi Riçard Almeydadı. Ondan sonra gələn azərbaycanlıların bombardiri Əfran İsmayılovdu - 6 qol.

    Mədətov “Qarabağ"da avrokuboklarda qol vuran ən gənc futbolçu kimi yeni rekorçdu olub. O, 22 yaşında Avropa Liqasının pley-off mərhələsində Hollandiyada "Ttvente”yə qol vuran keçmiş komanda yoldaşı Vüqar Nadirovun rekordunu yeniləyib.

    "Qarabağ"ın avrokuboklarda qol vuranları

    1. Reynaldo Silva (Braziliya, hücumçu) - 11 qol

    2. Riçard Almeyda (Braziliya, yarımmüdafiəçi) - 7 

    3. Əfran İsmayılov (yarımmüdafiəçi) - 6

    4. Rəşad Sadıqov (müdafiəçi) - 5

    5. Vüqar Nadirov (hücumçu) - 5

    6. Leroy Corc (Hollandiya, yarımmüdafiəçi) - 4

    7. Muarem Muarem (Makedoniya, yarımmüdafiəçi) - 4

    8. Dino Ndlovu (Cənubi Afrika Respublikası, hücumçu) - 4

    9. Migel Madera (İspaniya, yarımmüdafiəçi) - 4

    10. Rəşad Sadiqov (yarımmüdafiəçi) - 3

    11. Marinaldo Da Silva - Çumbinyo (Braziliya, yarımmüdafiəçi) - 3

    12. Dani Kintana (İspaniya, yarımmüdafiəçi) - 3

    13. Müşfiq Hüseynov (hücumçu) – 2

    14. Samir Musayev (hücumçu) – 2

    15. Elvin Məmmədov (yarımmüdafiəçi) - 2

    16. Emin İmaməliyev (yarımmüdafiəçi) - 2

    17. Rauf Əliyev (hücumçu) – 2

    18. Bəxtiyar Soltanov (yarımmüdafiəçi) – 2

    19. Danial Dias (Braziliya, yarımmüdafiəçi) - 2

    20. Donald Gerye (Haiti, yarımmüdafiəçi) - 1

    21. Bəxtiyar Musayev (yarımmüdafiəçi) - 1

    22. Georgi Adamiya (Gürcüstan, hücumçu) - 1

    23. Admir Teli (Albaniya, müdafiəçi) - 1

    24. Ansi Aqolli (Albaniya, müdafiəçi) - 1

    25. Ulrix Kapolonqo (Konqo, hücumçu) - 1

    26. Samuel Armenteros (İsveç, hücumçu) - 1

    27. Rahid Əmirquliyev (yarımmüdafiəçi) - 1

    28. Mahir Mədətov (hücumçu) - 1

     

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10