Xəbər Lenti

    "Neftçi"dən növbəti yenilik: Yeni üzvlük kartlarının satışına start verildi

    FutbolTarix: 2017-08-18 15:47:00
    ...

    "Neftçi” Peşəkar Futbol Klubu yeni üzvlük kartlarının satışına start verib. Sport24.az xəbər verir ki, "N-Kart” adı altında satışa çıxarılmış 4 fərqli kartı əldə etməklə azarkeşlər həm komandanın bütün ev oyunlarını (avrokubok oyunları da daxil olmaqla) "Bakcell Arena”dan canlı izləmək imkanı qazanırsınız, həm də klubun və onun tərəfdaşlarının təklif və imtiyazlarından yararlanır.

    Bu gündən etibarən kartları "Neftçi"nin rəsmi saytındakı "N-Kart” və "Fan Shop Online” bölməsində onlayn şəkildə internet üzərindən sifariş etmək mümkündü.

    Elə indi sifariş vermək üçün bu linki tıklayın: http://neftchipfk.com//az/myneftchi/nkart/

    N-KART NƏDİR?

    ·"Neftçi”nin ev oyunlarına mövsümlük abunədir;

    ·Klub və onun tərəfdaşlarının təklif və imtiyazlarından istifadə etmək imkanıdır;

    ·Klubun rəsmi mağazasında endirim imkanıdır;

    ·"Neftçi”nin avrokuboklarda səfər oyunlarını yerindən izləmək imkanıdır;

    ·Böyük bir ailənin rəsmi üzvü olmaqdır;

    ·Sizin doğma klubunuza dəstəyinizdir!

    N-KARTIN NÖVLƏRİ

    "N-KART”ın 4 növü var

    BALACA (0-4, 5-11 yaşlı uşaqlar üçün) - http://neftchipfk.com/az/BuyProduct/25/

    AĞ - http://neftchipfk.com/az/BuyProduct/26/
    Stadionun planı - http://neftchipfk.com//az/infrastructure/bakcellarena/

    QARA - http://neftchipfk.com/az/BuyProduct/27/

    QIZIL - http://neftchipfk.com/az/BuyProduct/28/

    Onlayn vasitəsi ilə BALACA və AĞ kartlarını sifariş edənlər 3 (üç) iş günü ərzində öz kartlarını "Bakcell Arena” stadionunda yerləşən "Neftçi Fanshop”undan ala bilərlər. QARA və ya QIZIL kartlarını sifariş edənlərə isə kartlar anketdə göstərilmiş ünvana pulsuz çatdırılacaq.

    Həmçinin, ayrı-ayrı kart növləri haqqında məlumatı burada tapa bilərsiniz:http://neftchipfk.com//az/myneftchi/fanshoponline/

    "N-Kart” alın! Böyük "Neftçi” ailəsinin rəsmi üzvünə çevrilin! Kluba dəstək olun!

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 5 3 1 1 8-5 10
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10