Xəbər Lenti

    "Qaydaların dəyişməsi mənə sərf edir" - Elvin Mürsəliyev

    GüləşTarix: 2017-03-19 19:42:00
    ...

    Yunan- Roma güləşi üzrə Dünya Kubokunda ikinci yeri tutan yığma komandanın üzvü Elvin Mürsəliyevin Sport24.az-a müsahibəsi.


    - Elvin, turniri təkbaşına güləşdin. Nəticən üç qələbə, bir məğlubiyyət oldu. Fərdi çıxışını necə dəyərləndirirsən, kifayətdimi, yoxsa maksimum da ola bilərdi?


    - Dizimdə zədə yaranmışdı. Əməliyyat olunmuşam. Üç həftə idi məşqlərə qoşulmuşdum. Bu baxımdan, məncə, normal çıxış etdim.

    - Bununla belə, əzəli rəqibin, ikiqat olimpiya və dünya çempionu Roman Vlasova da çətin anlar yaşatdın.

    - Qaydalar dəyişib, bu da mənə sərf edir. Parter yığışdırılıb deyə, döşəkdə daha rahat hiss edirəm özümü. Çünki mənim güləş üslübum elədi ki, ayaq üstdə mübarizədə daha yaxşı effekt verir. Ona görə də başabaş mübarizə apardım Vlasovla.

    - Ard- arda olduğu üçün böyük ehtimalla Avropa çempionatı ilə İslam Həmrəyliyi Oyunlarından birini buraxmalı olacaqsan. Hansına daha istəklisən?

    - Əsas İslam Həmrəyliyi Oyunlarıdı. Vətəndə keçirilir deyə, daha önəmlidi. Diqqəti daha çox bu yarışa vermişəm. 

    Sahib ƏSƏDBƏYLİ

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 1 1 0 0 3-1 3
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Kəpəz 1 0 0 1 1-2 0
Səbail 1 0 0 1 1-2 0
İnter 1 0 0 1 1-2 0
Neftçi 1 0 0 1 1-3 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10