Xəbər Lenti

    "Qarabağ"la cavab matçı Avropada 100-cü oyunu olacaq

    FutbolTarix: 2017-08-17 23:17:00
    ...

    Avsqutsun 23-də keçiriləcək “Qarabağ”la Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu "Kopenhagen"in baş məşqçisi Stole Solbakken üçün əlamətdar olacaq. Sport24.az xəbər UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 49 yaşlı norveçli mütəxəssis avqustun 23-də avrokuboklarda 100-cü oyununa çıxacaq.

    Son 10 ev oyununda "Kopenhagen" yalnız 1 dəfə uduzub. “Qarabağ” isə cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin II və III təsnifat mərhələsində müvafiq olaraq, “Samtredia” (1:0) və “Şerif”i (2:1) məğlub edib. "Qarabağ" ilk pley-off görüşündə "Kopenhagen"i minimal hesabla yenib - 1:0. İndi Solbakken yubiley matçında bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. 

    Qeyd edək ki, Solbakken futbolçu karyerasını ürəyində yaranan problem üzündən 32 yaşında məhz “Kopenhagen”də başa vurub. O, daha əvvəl 2006 - 11-ci illərdə paytaxt klubunda baş məşqşi vəzifəsində çalışıb. 2012-2013-cü illərdə Almaniyanın “Köln” və İngiltərənin “Vulverhempton” klublarında çalışmış norveçli mütəxəssis yenidən “Kopenhagen”ə dönüb.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3