Xəbər Lenti

    "Dəqiq heç nə deyə bilmərəm" - Yığmanın baş məşqçi əvəzi

    GüləşTarix: 2017-03-19 19:17:07
    ...

    İranın Abadan şəhərində keçirilən yunan-Roma güləşi üzrə Dünya Kuboku turnirində ikinci yeri tutan yığma komandamızın baş məşqçi əvəzi Akif Əliyev Sport24.az-ın suallarını cavablandırıb.

    - Akif müəllim, yığma komandanın baş məşqçi əvəzi kimi, ilk böyük sınaqdan uğurla çıxdınız. Bu, qarşıdakı yarışlarda da komandanın sükanı arxasında olacağınızı düşünməyə əsas verir.

    - Deməzdim ki, ilk sınaqdı. Bakıda keçirilən Qran- Pri turnirinə də böyük məşqçi əvəzi kimi komandanı hazırlamışdım. Orda dörd idmançımız ən yüksək nəticəni göstərdi. İnanıram ki, bu uğurun ardını da gətirəcəyik. Avropa çempionatı və İslam Həmrəyliyi Oyunlarında da inanıram ki, uşaqlar yaxşı nəticə göstərəcək. O ki qaldı ikinci məsələ, bu barədə qərarı federasiya verəcək. Dəqiq heç nə deyə bilmərəm.

    - Avropa çempionatı və İslamiada arasında zaman fərqi çox azdı. Çox güman ki, fərqli heyətləri görəcəyik.

    - Bu, baxır, idmançıların sağlamlığına. Dəqiq nəsə demək üçün hələ tezdi. Bununla bağlı ərəfədə federasiyada ümumi qərar veriləcək. 

    - Zəif nəticələr 59 və 66 kiloqramlarda qeydə alındı. Hər iki çəkidə üç məğlubiyyət aldıq. Olmazdımı ki, 71 kiloqramdakı iki titullu və təcrübəli güləşçimizdən biri 66 kiloqramda çıxış edəydi?

    - O haqda düşünürük, açığı. Gələcəkdə bu barədə qərar verəcəyik. Amma deyim ki, bu turnirdə 66-da güləşən Kamran Məmmədov da təcrübəli güləşçidi. Onunla yanaşı Nofəl Babayevi də turnirdə sınaqdan keçirmək istədik. 

    - Final görüşündə Kamranın deyil, gənc Nofəlin çıxışı təəccüb doğurdu.

    - Kamran iki görüş keçirdi, məğlub oldu. Nofəl isə əvvəlki görüşdə tam üstünlük qazanmışdı. Finala daha hazır nəzərə çarpdı. Məşqçilər heyəti qərara aldı ki, o, çıxış etsin.

    Sahib ƏSƏDBƏYLİ

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 23 15 4 4 37-11 49
Qəbələ 23 13 8 2 42-13 47
İnter 23 10 9 4 33-23 39
Zirə 23 8 6 9 20-23 30
Neftçi 23 8 2 13 19-36 26
Sumqayıt 23 6 7 9 20-30 25
Kəpəz 23 5 9 9 16-24 24
AZAL 23 1 7 15 10-37 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 21 15 5 1 54-8 50
Səbail 21 14 2 5 64-23 44
Qaradağ L. 21 14 1 6 50-24 43
Zaqatala 21 13 2 6 60-26 41
Ağsu 21 12 4 5 49-20 40
Şəmkir 21 12 2 7 32-18 38
Mil Muğan 21 10 4 7 33-24 34
MOİK 21 8 6 7 38-23 30
Şərurspor 21 7 4 10 36-39 25
Şahdağ 20 5 5 10 25-36 20
Energetik 21 4 3 14 19-72 15
Göyəzən 21 2 4 15 16-75 10
Rəvan 21 6 1 14 24-55 10
Bakılı 20 2 1 17 22-79 7