Xəbər Lenti

    "Qarabağ"ın "quru seriya"sı: 2 il öncəki rekord məhsuldarlıqla yeniləndi

    FutbolTarix: 2017-08-17 13:01:00
    ...

    "Qarabağ" Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsində evdə qol buraxmayıb. Sport24.az xəbər verir ki, Ağdam klubu 3 mərhələdə öz meydanında qapısını toxunulmaz saxlaya bilib.

    Bu, II təsnifat mərhələsində "Samtredia" (Gürcüstan, 5:0), III təsnifat mərhələsində "Şerif" (Moldova, 0:0) və pley-offda "Kopenhagen"lə (Danimarka, 1:0) matçlarda olub.

    Qurban Qurbanovun komandası indiyədək bir dəfə belə göstəriciyə nail olub. Bu, 2 il öncə olsa da, onda bütün oyunlar ÇL-də olmamışdı. Belə ki, "Qarabağ" həmin turnirdə "Rudar" (Çernoroqiya) və "Seltik"lə (Şotlandiya) qolsuz bərabərliyə qalmış, Avropa Liqasının pley-offunda "Yanq Boyz"a (İsveçrə) böyük hesabla qalib gəlmişdi - 3:0. Ancaq ağdamlılar onda indikindən 2 dəfə az qol vurmuşdu.

    "Qarabağ" digər mövsümlərdə təsnifat mərhələsində evdə qapısında top görüb. Sonuncusunun müəllifi ötən ilin avqustun 2-də ÇL-in III təsnifat mərhələsində "Viktoriya"nın futbolçusu Mikael Krmençik olub. Çexiya klubunun hücumçusu 85-ci dəqiqəsində hesabı 1:1 etməklə "Qarabağ"ı Avropanın ən nüfuzlu klub turnirindən kənarda qoyub. 

    Təmsilçimiz ÇL-də bu mövsüm 5 oyunda cəmi 1 qol buraxıb. O da Moldovadakı oyunun son saniyələrdə penaltidən. "Qarabağ" 2 il öncə də təsnifat mərhələsində 1 qol buraxmışdı. Ancaq bu, 5 yox, 6 matçda olub. 

    Xatırladaq ki, "Qarabağ"ın 2013-cü ildən avrokuboklarda qapısını Bosniya və Herseqovina millisinin üzvü İbrahim Şehiç qoruyur. Bu müddətdə yalnız 1 matçda "çərçivə" sahibi başqası olub. Bu, cari mövsümdə "Samtredia"ya 1:0 hesabı ilə qalib gəldiyimiz matçda ukraynalı Anton Kanibolotski olub. 

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3