Xəbər Lenti

    Əfran İsmayılov: "Buna görə insanların məni təhqir etməsi və şər atması doğru deyil"

    FutbolTarix: 2017-08-17 10:01:00
    ...

    “Qarabağ” - “Kopenhagen” oyunundan sonra sosial şəbəkələrdə tənqid atəşinə tutulan Əfran İsmayılov danışıb. Sport24.az xəbər verir ki, futbolçu onu tənqid və təhqir edən sosial şəbəkə istifadəçilərinə cavab verib.

    Əfram oyunlarda zəif çıxış etməsi ilə bağlı iddiaların doğru olmadığını söyləyib: “Hər oyuna çıxanda çalışıram ki, əlimdən gələni edim. Çalışıram ki, komandama xeyrim dəysin. Futbolçu hər zaman yaxşı oynaya bilməz. Bəzən oyunumuz alınmaya da bilər, zəif də təsir bağışlaya bilərik. Mən sosial şəbəkələrdə yazılanlardan xəbərdaram, məni söyənlərə demək istəyirəm ki, hər kəs öz tərbiyəsini göstərir. Mən tənqidi normal qarşılayan insanam, ancaq təhqirlər o adamların tərbiyəsini göstərir”.

    Əfran İsmayılov sosial şəbəkələrdə ailəsi ilə bağlı problemləri olduğu üçün oyunlarda zəif iştirak etməsi ilə bağlı iddialara da cavab verib. O, ailəsində heç bir problemin olmadığını bildirərək, bu iddiaları təkzib edib: “Necə oldu ki, bunu bir nəfər eşitdi? Təbii ki, belə bir şey yoxdur. Ailəmdə hər şey qaydasındadır. Dediyim kimi, bəzən oyunumuz alınmaya bilər. Buna görə insanların məni təhqir etməsi və şər atması doğru deyil”.

    Futbolçu “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə ev görüşündə qazandığı qələbənin şanslarını artırdığını deyib: “Önümüzdə çox məsuliyyətli bir oyun var. Bu mərhələni keçsək, qrupa düşürük. Biz bütün gücümüzlə çalışacağıq ki, xalqımıza bu sevinci bəxş edək”.(azxeber.com)

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3