Xəbər Lenti

    "Xəzər Lənkəran"dan "Qarabağ"a növbəti transfer

    FutbolTarix: 2017-03-19 19:07:00
    ...

    "Qarabağ"ın yeni tərcüməçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, klubdan qovulan Əfqan Xəlillini "Xəzər Lənkəran"dan işilədiyi dövrdən tanınan Elvar Quliyev əvəzləyib. 

    Azərbaycan Dövlət Dillər Universietinin məzunu olan Elvar 2004-cü ildən futbol təsərrüfatımızda çalışır. İspan, portuqal, ingilis dillərini bilən 35 yaşlı Quliyev ilk olaraq "Bakı"da çalışıb. Ancaq o, 10 ilə yaxın işlədiyi "Xəzər Lənkəran"dan daha çox tanınıb. Quliyev Lənkəran klubu ötən yay dağılandan sonra işsiz idi.

    "Xəzər Lənkəran"dan "Qarabağ"a son olaraq gələn millimizin də üzvü olan yarımmüdafiəçi Rahid Əmirquliyev olub. 

    Xatırladaq ki, Əfqan ispaniyalı futbolçuları Miçel Madera ilə birlikdə şəkil paylaşaraq üzərinə “tərcümə edəcəyim növbəti axmaq sualı gözləyərkən mən” yazdığına görə "Qarabağ"dan kənarlaşdırılıb. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0