Xəbər Lenti

    UEFA "Qarabağ"ın ÇL-dəki qazancını açıqladı

    FutbolTarix: 2017-08-16 18:57:00
    ...

    UEFA Çempionlar Liqasında (ÇL) mübarizə aparan klubların 2017/18 mövsümündəki gəlirlərini açıqlayıb.  Sport24.az xəbər verir ki, qrup mərhələsində iştirak edəcək hər bir komanda 12,7 milyon avro qazanacaq. Mübarizəni pley-off mərhələsində dayandıranlara isə əlavə olaraq 260 min avro veriləcək.

    Bu mərhələdəki hər qələbəyə görə əlavə 1,5 milyon, heç-heçəyə isə 500 min avro ödəniləcək. 1/8 finala çıxan klublar daha 6 milyon avro qazanacaq. 1/4 finalın iştirakçısı 6,5, yarımfinalda oynayan 7,5 milyon avro mükafata sahib çıxacaq. 

    ÇL-in qalibi 15,5, finala çıxan komanda isə 11 milyon avro gəlir əldə edəcək.

    Xatırladaq ki, ÇL-dəki təmsilçimiz “Qarabağ” pley-off mərhələsinin ilk oyununda Danimarkanın “Kopenhagen” klubunu1:0 hesabı ilə məğlub edərək qrup mərhələsinə düşməyə yaxşı şans qazanıb. Ağdam təmsilçisi avqustun 23-də Kopenhagendıki matçda məqsədinə çatarsa, 12,7 milyonu indidən hesabına yazdıracaq. 

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 5 3 1 1 8-5 10
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10