Xəbər Lenti

    "Hakimlərin haqsızlığı ilə üzləşdik" - Yunan- Roma güləşçilərinin qarşılanma mərasimindən reportaj

    GüləşTarix: 2017-03-19 18:48:00
    ...

    Bu gün Dövlət Bayrağı Meydanında İranın Abadan şəhərində keçirilən yunan- Roma güləşi üzrə Dünya Kubokunda ikinci yeri tutan Azərbaycan yığma komandasının üzvlərinin qarşılanma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, mərasimda güləş həvəskarları, federasiya və media nümayəndələri iştirak edib. Qələbə sevincini bölüşdükdən sonra komandanın məşqçi və idmançıları media nümayəndələrinin suallarını cavablandırıb:

     "Bu bizim üçün məsuliyyət yarışı idi. Yüksək səviyyədə hazırlıq keçmişdik".

    Bu sözləri yığma komandasının baş məşqçi əvəzi Akif Əliyev deyib. Mütəxəssis bildirib ki, məqsəd yalnız birinci yer idi: "Hazırlığımız özünü nəticədə də göstərdi. Finala çıxdıq. Rusiya ilə görüşdə hakimlərin haqsızlığı ilə üzləşdik. 2014-də üçüncü, 2015-də birinci olmuşduq, istəyirdik iki il əvvəlki nəticəni təkrarlayaq. Amma buna da şükür"

    Rəsul Çunayev də ilk olaraq hakim qərəzindən söhbət açıb. Dünya çempionumuz qarşıdakı yarışlarda uğurlu çıxış edəcəklərinə inandığını bildirib: "Bizim məqsədimiz sadəcə birinclik idi. Bununla belə, nəticəmizə görə şadam. Çox sevinirəm ki, dünyanın ən yaxşıları sırasındayıq. İnanıram ki, Avropa çempionatı və İslam Həmrəyliyi Oyunlarında yüksək çıxışla xalqımız sevindirəcəyik".

    Keçirdiyi görüşlərin üçündə qalib gələrək, fərdi nəticələrə görə komandanın ən yaxşılarından olan İslam Abbasov da çalışdırıcı və komanda yoldaşının fikirlərinə qoşulub: "Dünyanın ən güclülərinin mübarizəsi idi. Əvvəlcə Türkiyə kimi güclü komandanı məğlub etdik. Ardından Ukrayna və Belarusdan güclü olduq. Finalda da, baxmayaraq ki, rəqib Rusiya idi və ən güclü güləşçilərlə çıxış edirdilər, qələbəyə iddialı idik. Mənim görüşüm də daxil, iki görüşdə bizə qarşı aşkar haqsızlıq oldu. Yoxsa indi ikinci yox, çempion idik".

    Sahib ƏSƏDBƏYLİ

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 1 1 0 0 3-1 3
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Kəpəz 1 0 0 1 1-2 0
Səbail 1 0 0 1 1-2 0
İnter 1 0 0 1 1-2 0
Neftçi 1 0 0 1 1-3 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10