Xəbər Lenti

    "Kopenhagen"in müdafiəçisi: "Etiraf edim ki, "Qarabağ" bizdən güclü idi"

    FutbolTarix: 2017-08-16 13:42:00
    ...

    Danimarka çempionu Bakıdan "əli ətəyondən uzun döndü". UEFA Çempionlar Liqasında “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Kopenhagen”in müdafiəçisi Peter Ankersen Sport24.az-a verdiyi müsahibədə Azərbaycan çempionunun daha şanslı olduğunu bildirdi.

    -    Oyun haqqında nə deyə bilərsiniz?
    -    Çox çətin oyun oldu. Rəqib bir qədər şanslı idi. Nəticə yaxşıdır. Biz evdə daha yaxşı olacağıq. Bilirik ki, evdə iki qol vurmalıyıq. Ümid edirəm ki, bunu bacaracağıq. 

    -    Bakıya gəlməmişdən öncə bu nəticəni gözləyirdiniz?
    -    Yox, gözləmirdim. “Qarabağ” güclü komandadır. Biz bura qələbə üçün gəldik. Amma rəqib yaxşı komandadır. Əgər güclü komandalara qarşı oynayırsansa, itirmək şansın var. “Qarabağ” bu gün bizdən güclü idi. Bunu etiraf edirəm.

    -    Evdə nəyə ümid edirsiniz?
    -    Fikrimcə, matça hücumda başlamalıyıq. Ən əsası isə biz xarakter göstərməliyik. Belə olan halda qalib gələ bilərik. Bunu edə biləcək potensiala sahibik. 

    -    Komandanızın heyətində bir neçə futbolçu Ağdam təmsilçisinin oyunçularını təxribata çəkirdi...
    -    Bunu görməmişəm.

    -    “Qarabağ”ın hansı oyunçuları sizi narahat edir?
    -    Hücumda oyanayan 3 oyunçu.

    -    Azarkeşlər xoşunuza gəldi?
    -    Əla atmosfer var idi!

    KAMAL RZA

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0