Xəbər Lenti

    Qriqorçuk futbolçularını qınamır: "Qarabağ"ın xal itirməsinə ümid etməliyik"

    FutbolTarix: 2017-03-19 18:27:26
    ...

    “Komandamın bugünkü oyunundan ümumilikdə razıyam. Düzdür, xal itirməyimizdən razı qala bilmərik. Lakin buna baxmayaraq, yaxşı oyun nümayiş etdirdik. Yalnız istifadə etməli olduğumuz, amma qaçırdığımız epizodlar istisnadır". Sport24.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının XXIII turunda AZAL-la səfərdə 1:1 hesabı ilə bərabərliyə qaldıqları səfər matçında sonra keçirilən mətbuat konfransında bildirib.

    Onun fikrincə, vacib 2 xal itirdikləri qarşılaşmada aşkar qələbəyə layiq oyun göstəriblər: "Futbolçuları qınamağa əsas yoxdur. Onlara da bunu dedim ki, həqiqətən də yaxşı oynadılar. Bizə yalnız qollar yetmədi. Bundan sonra sakit məcrada, özünəinamla hazırlığımızı davam etdirməliyik. “Zirə” - “Qarabağ” oyunu haqda fikirləşib, özümü yormaq istəmirəm. Bizim vəziyyətimizdə Ağdam klubunun xal itirməsinə ümid etməliyik. Bunun nə vaxt baş verəcəyini bilmirik. Amma bu da mümkündür. Biz isə özümüzdən asılı olanları etməli, liderlə oyunda da qələbə qazanmalıyıq ki, şansımız olsun. Hər şey necə olmalıdırsa, elə də yekunlaşacaq. Bizim komanda isə düzgün düşünüb, yoluna düzgün davam etməlidir".

    Ukraynalı mütəxəssiskKomandanın çempionluğa nə dərəcədə hazır olduğuna isə mövsüm başa çatmamış cavab verə bilmədiyini söyləyib: "Qarşıda hələ 5 matç var. Bu da az deyil, 15 xaldır. Başa düşürük ki, gələcəkdə bizə yaxşı nəticə qazanmağa imkan verəcək məqamlar üzərində çalışmalıyıq”.
     
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 23 15 4 4 37-11 49
Qəbələ 23 13 8 2 42-13 47
İnter 23 10 9 4 33-23 39
Zirə 23 8 6 9 20-23 30
Neftçi 23 8 2 13 19-36 26
Sumqayıt 23 6 7 9 20-30 25
Kəpəz 23 5 9 9 16-24 24
AZAL 23 1 7 15 10-37 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 21 15 5 1 54-8 50
Səbail 21 14 2 5 64-23 44
Qaradağ L. 21 14 1 6 50-24 43
Zaqatala 21 13 2 6 60-26 41
Ağsu 21 12 4 5 49-20 40
Şəmkir 21 12 2 7 32-18 38
Mil Muğan 21 10 4 7 33-24 34
MOİK 21 8 6 7 38-23 30
Şərurspor 21 7 4 10 36-39 25
Şahdağ 20 5 5 10 25-36 20
Energetik 21 4 3 14 19-72 15
Göyəzən 21 2 4 15 16-75 10
Rəvan 21 6 1 14 24-55 10
Bakılı 20 2 1 17 22-79 7