Xəbər Lenti

    Çingiz Hüseynzadə: "Nə verdiklərimizi demək istəmirəm" - YENİLƏNDİ

    DigərTarix: 2017-08-15 15:47:00
    ...

    "Çox sevindirici haldır ki, bizim idmançımız, bizim yetişdirdiyimiz idmançı dünya çempionu oldu. Bu, Türkiyə və Azərbaycan tarixində ilk idi. Biz onu Londonda olanda da təbrik etdik. Cənab prezident də təbrik etdi. Finala çıxanda bilirdik ki, Ramilin medal qazanmaq şansı var. Türkiyəli rəsmilərlə görüşdük və belə qərara gəldik ki, Ramil çempion olsa, hər iki ölkə bayrağını dalğalandıracaq. Ona bayrağı da biz verdik" - Sport24.az xəbər verir ki, bu szləri Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

    Hüseynzadə fikirlərini bu cür davam etdirib: "Stadionda hər dəfə elan olunurdu ki, azərbaycanlı idmançı Ramil Quliyev qaçır. Həmin o qələbə zamanı Beynəlxalq Yüngül Atletika Federasiyasının prezidenti birinci bizi təbrik etdi. Dedi ki, bilirəm, o, sizin müştərək idmançınızdır".

    Çingiz Hüseynzadə İngiltərə mətbuatına açıqlama verən və Azərbaycanı tənqid edən Layeş Abdullayev haqqında da danışıb: "The Guardian" qəzeti Azərbaycan haqqında 4000 məqalə yazıb. Azərbaycana qarşı qərəzli mövqe tutan bu jurnal Avropa Oyunlarında akkreditasiya ala bilməmişdi. Onlar bizə qarşı qərəzli mövqeyini davam etdirir. Britaniyadakı səfirliyimiz vasitəsilə "Guardian"a mesaj göndərmişəm. Onlara təkzib yazmağı demişdik. Amma onlar əməllərindən əl çəkmir. Həmin o jurnalda yazılanlara siz jurnalistlər cavab verməlisiz. Buna məmurlar cavab verməməlidir. Jurnalistə məmurun cavabı düzgün deyil. O deyib ki, mən 7 min dollar mənimsəmişəm. Layeşin Azərbaycan Yüngül Atletika Federasiyası ilə müqaviləsi yox idi, klubla var idi. Onun dediyi pullar 3-cü İslam Həmrəylik Oyunları ilə bağlı verilən mükafat idi. O pulu nazirıik vermişdi. Bu mənə necə çata bilər? Layeş burada nə qədər pul qazanıb? Onun Efiopiyada taksi şirkəti, obyektləri var".

    Eyni zamanda Milli Olimpiya Komitəsinin vitse-prezidenti olan Hüseynzadə Quliyev barədə dediklərinin ü3stündə dayandığını da dilə gətirib: "Ramil Quliyevin getməsi ilə əlaqədar mənim müsahibələrimi çıxarırlar üzə. Heç birini təkzib etmirəm. Mənim dediklərim onun idmançı kimi yaxşı olmasına aid deyil. 2015-ci ildən öncə məndən soruşublar, drmişəm nəticəsi olmayacaq. Rio Olimpiadasından əvvəl də demişəm.

    Ramil məsələsinin idman və mənəvi tərəfi var. Saytlar yazırlar ki, federasiya Ramilə pul verməyib. Nə verdiklərimizi demək istəmirəm. Ramil Azərbaycanda yeganə idmançıdır ki, 19 yaşında evlə təmin edilib. O, "Neftçi" klubundan yaxşı maaş alıb. Ən yüksək maaş olub. Bütün idmançılara verilən qədər pul verilirdi. Onun haqqında araşdırma aparın. Görün necə Azərbaycanı tərk edib? Dəfələrlə legioner söhbətləri haqqında danışmışam. Həmişə demişəm ki, idmançılar istənilən ölkə adına çıxış edə bilərlər. Bu gün də Azərbaycanda qaçış üçün istənilən baza yoxdur. Heç bir rayonda qaçış zolaqları yoxdur. Atletika üçün xüsusi stadionlar yoxdur. Biz adətən xaricə getməyi düşünürük. Bizdə problemlər çoxdur. Bizim dediklərimizə inanmaya bilərsiz. Amma araşdırmalar aparın".

    Federasiya prezidenti fikirlərini bu cür davam etdirib: “Ramil Quliyevi "Fənərbaxça"ya biz göndərmişik. Ona icazə verdik. İstanbul klubundan heç kim pul almadı. Ramil Quliyev özü də bunu qeyd etmişdi. Biz onu Azərbaycan çempionatına dəvət edirdik. Gəlir və çıxış edirdi. Sonra məlum oldu ki, o, bir müddətdir Türkiyə vətəndaşlığını qəbul edib. Biz onu buraxmırdıq. Beynəlxalq qaydalara görə bir idmançı başqa ölkə vətəndaşlığını qəbul edirsə, 3 il çıxış edə bilməz. Amma Ramil 2 il sonra Türkiyə bayrağı altında çıxış etdi. Niyə? Çünki 1 il idi ki, vətəndaşlığı qəbul etmişdi. İndi də deyirəm, Ramil fəraridir”.

    Hüseynzadə Ramilin ilk məşçisinin Tofiq Əliyev olduğunu deyib: “Bu mütəxəssis ona görə mükafat və əməkdar məşqçi adını alıb. Amma Ramil bunları heç yerdə demir. O, burda ev və ya mükafatlar aldığını da deməyib. Mən hər şeyi demək istəmirəm. Ramil qəhrəmandı və onu elə qəbul edirik”.

    Hüseynzadə sözlərinə Ramilin qayıtmayacağını da əlavə edib. Federasiya başçısının sözlərinə görə, özü istəsə belə Türkiyə onu buraxmayacaq: “Ramil hələ 15 yaşı olarkən Moskvada rus diasporasının təşkil etdiyi yarışda iştirak etdi. O da Rusiyanı istəyirdi. Lakin Rusiya tərəfi bizim federasiya ilə problemin yaranmasını qəbul etmədi. Bu səbəbdən də onun Rusiyaya getməsi alınmadı. Ramildən öncə isə anası və qardaşı Türkiyəyə yollanmışdı”.

    Hüseynzədə bildirib ki, Ramilin atası Eldar Quliyevin federasiyadan heç bir narazılığı olmayıb: “Düzdü, onun da prinsipləri başqa idi. Nazirin yanına getmişdi. 7 il öncə ilə indi eyni deyil. Bütün bunları araşdırmaq lazımdır. 

    Ramili qaytarmaq üçün biz nə etməliyik? Türkiyə Atletika Federasiyasına müraciət etməliyik. Amma hamı yaxşı bilir ki, onlar bunu qəbul etməyəcək. Bəlkələrlə danışmayaq. Bəlkəni əkiblər, bitməyib. O, özü bizə müraciət etməlidir. Yığmaya gələn idmançılar da özləri bizə müraciət etməlidir. Biz kiməsə bunu demirik. Maaşa gəlincə, hər birinə sıfır manat deyirik. Gəl özünü göstər, əmək haqqını al”.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3