Xəbər Lenti

    Tərlan Əhmədov: "7-ci yerə qalxmağımız mümkün deyil"

    FutbolTarix: 2017-03-19 18:07:11
    ...

    “Futbolçularıma təşəkkür düşür. Sona qədər mübarizə apardılar. Komandama inanırdım. Futbolçulara diqqətli olmaq tapşırığı verilmişdi. Uduza da bilərdik. Amma yaxaladığımız şansdan yararlandıq”. Sport24.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 23-cü turunda “Qəbələ” ilə oyundan sonra deyib.

    Əhmədov 1:1 hesabı ilə yekunlaşan görüşdən sonra komandasını motivasiya edərkən çətinlik çəkdiyini bildirib: “Hər oyunqabağı futbolçuları motivasiya edənə kimi bir ilim geri düşür. Praktiki cəhətdən 7-ci yerə qalxmağımız mümkün deyil. Yerdə qalan oyunları udsaq belə, bu, qeyri-real görünür. Futbolçularımızın özünəinamı var. Sonuncu yerdə olsaq da, ümid ölməyib. Oyunçular komandanın adına, gələcəkləri naminə mübarizə aparırlar. Ötən il 46 xal yığsaq da, bu il sonuncu yerdəyik. Halbuki oyun baxımından rəqiblərdən çox da geri qalmırıq". (qol.az)

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 23 15 4 4 37-11 49
Qəbələ 23 13 8 2 42-13 47
İnter 23 10 9 4 33-23 39
Zirə 23 8 6 9 20-23 30
Neftçi 23 8 2 13 19-36 26
Sumqayıt 23 6 7 9 20-30 25
Kəpəz 23 5 9 9 16-24 24
AZAL 23 1 7 15 10-37 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 21 15 5 1 54-8 50
Səbail 21 14 2 5 64-23 44
Qaradağ L. 21 14 1 6 50-24 43
Zaqatala 21 13 2 6 60-26 41
Ağsu 21 12 4 5 49-20 40
Şəmkir 21 12 2 7 32-18 38
Mil Muğan 21 10 4 7 33-24 34
MOİK 21 8 6 7 38-23 30
Şərurspor 21 7 4 10 36-39 25
Şahdağ 20 5 5 10 25-36 20
Energetik 21 4 3 14 19-72 15
Göyəzən 21 2 4 15 16-75 10
Rəvan 21 6 1 14 24-55 10
Bakılı 20 2 1 17 22-79 7