Xəbər Lenti

    Ayxan Abbasov: "Hücumçularda bu cəhətdən paxıllıqlar olur"

    FutbolTarix: 2017-08-13 21:28:00
    ...

    Topaz Premyer Liqasının I turunda evdə “Səbail”ə 2:1 hesabıyla qalib gələn “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib.

    -    İlk oyun həmişə çətin keçir. Bugünkü qarşılaşmaya da uşaqları buna uyğun hazırlamışdıq. “Səbail” yaxşı rəqibdi. Planlaşdırdığımız kimi oyuna qolla başladıq. Rəqibin də fürsətləri oldu. Anar Nəzirov çərçivədə inamlı təsir bağıladı. Bu oyundakı səhvlərimiz təhlil edib, təkrarlamamağa çalşacağıq.

    -    Komandanın müdafiə xəttini belə zəif görməmişdik...
    -    Bu, məni də narahat elədi. Futbolçularla bu barədə söhbət edəcəm. Onlara narazılığımı bildirmişəm.

    -    Penalti epizodunda Milan Duriçlə Riçard Qadze arasında anlaşılmazlıq oldu...
    -    Hücumçularda bu cəhətdən paxıllıq olur. Qadze penaltini özü qazanmışdı deyə, qol vurmaq istədi. Sonradan hərəkətinə görə üzr istədi. Bu oyunda qol da vurdu. 

    -    Qabriel Mateyin zədəsi ciddi deyil ki?
    -    Bir az dizində ağrı var idi. Risk etmək istəmədik. Vəziyyətinə sabah həkim müayinəsindən sonra aydınlıq gələcək. 
     

    CEYHUN ƏLİYEV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10