Xəbər Lenti

    Nelson Boniya: “...Azərbaycana niyə qayıtmayım?”

    FutbolTarix: 2017-03-19 13:47:00
    ...

    Nelson Bonilya. Ötən mövsüm “Zirə”ni çiyinlərində daşıyan salvardorlu forvard, mövsümün sonunda süni örtüklü meydançada oynaya bilmədiyini əsas gətirərək, komandadan ayrılmaq qərarını verdi. “Zirə”də hələ də onun yeri görünür. Sport24.az Türkiyənin I divizion təmsilçsi “Qaziantep BB”-nin şərəfini qoruyan forvardla ötən günləri, hazırkı durumu və Azərbaycana qayıtmaq perspektivləri barədə danışdı.

     

    - Azərbaycandan ayrıldıqdan sonra  Portuqaliyaya, "Nasional"a yollansan da, möhkəmlənə bilmədin. Türkiyəyə yollanmısan. Orada vəziyyət necədir?
    - Burada vəziyyət yaxşıdır. Oynamağa çalışıram. 

     

    - Portuqaliya ilə müqayisədə, özünü rahat hiss edirsən?
    - Əlbəttə!
     

    - Azərbaycan Premyer Liqasına baxırsan?
    - Vaxtım olduqca izləyirəm. Əsasən "Zirə"nin oyunlarına baxıram. 

     

    - Portuqaliyadan ayrılanda Azərbaycan klublarından təklif aldığın deyilirdi...
    - Bundan məlumatım yoxdur. Bəlkə də menecerim bilir. Təklif almağım normaldır. Çünki Azərbaycanda yaxşı çıxış etmişdim.

     

    - Ölkəmizi tərk edəndə süni meydançalara görə ayrıldığını bildirmişdin...
    - (Qəhqəhə çəkərək gülür) Yox, bu doğru deyil. Çünki imkanım olsa, yenidən ora qayıdaram. Hər şey mənim ürəyimcə idi. 

     

    -    Bəs onda əsl səbəb nə idi?
    -    Avropaya, daha güclü çempionata getmək istədim. Çünki belədə, böyük klubların diqqət mərkəzinə düşmək şansım xeyli artırdı. Ancaq işlər istədiyim kimi getmədi. 

     

    - "Zirə"yə qayıtmaq istəyirsən?
    - Başqa klublara da dönməyim mümkündür. Azərbaycanda azarkeşlər məni sevirdi, hər kəsin xoşuna gəlirdim. Həm də ora çox yaxşı adaptasiya olmuşdum. Belə bir durumda niyə qayıtmayım? Yaxşı təklif olsa, mütləq gələcəm. 

     

    - Burada çıxış edərkən "Qarabağ"ın sənə təklif göndərdiyi haqqında xəbərlər var idi...
    - Bu barədə heç bir məlumatım yoxdur. Ümumiyyətlə, orada heç bir klub mənimlə maraqlanmamışdı. 

     

    - Portuqaliya və Türkiyədə Azərbaycandakından çox qazandın?
    - Pul vacibdir. Amma mən indi özümü komandanın vacib oyunçularından birinə çevirməyə çalışmalıyam. Portuqaliyada da belə idi. Ona görə ki, bütün bunlar Azərbaycandakı daha yaxşı klubların qapısını üzümə aça bilər. Özümü daha güclü hiss etməliyəm. 

     

    - "Zirə" səninlə davam etmək istəyirdi?
    - Əlbəttə! Onlar mənə müqavilə təklif etdilər. 

     

    - Türkiyə birinci liqası Azərbaycan Premyer Liqasından güclıüdür?
    - Məncə, bəli. Bura çox güclüdür. Fiziki baxımdan burada oynamaq çətindir. Həm də başqa futbol oynayırsan və səviyyə yüksəkdir. Çox şey öyrənirəm.

     

    MEHMAN SÜLEYMANOV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10