Xəbər Lenti

    Solbakken "Qarabağ"la oyun öncəsi gileyləndi: "İki cəbhədə mübarizə aparmağımız çətindi"

    FutbolTarix: 2017-08-13 18:00:00
    ...

    "Hesab fərqli də ola bilərdi. Həm qələbə qazana bilərdik, həm də məğlub ola. Düşünürəm ki, rəqib vurduğu qol zamanı oyundankənar vəziyyət var idi”. Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Danimarkanın "Kopenhagen” klubunun baş məşqçisi Steyl Solbakken çempionatının V turunda öz meydanında "Horsens” klubu ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra ölkə mətbuatına açıqlamasında bildirib.

    49 yaşlı norveçli mütəxəssis komandasının qazandığı nəticələrin ürəkaçan olmadığını deyib: "5 oyuna 6 xal qazanmaq son çempion üçün yaxşı nəticə ola bilməz. Oyundan-oyuna güclənəcəyik və komandamız daha yaxşı inkişaf edəcək. İndi çətin vəziyyətdəyik. Amma mübarizə aparmaqla özümüzə gələ bilərik”.

    Solbakken iki turnirdə mübarizə aparmağın çətin olduğunu vurğulayıb: "Bir neçə cəbhədə mübarizə aparırıq. Buna görə də müəyyən çətinliklərimiz və komandada yorğunluq mümkündü. Amma bütün turnirlərdə mübarizəni davam etdirmək istəyirik. "Kopenhagen” bütün oyunlara ancaq qələbə qazanmaq üçün çıxır”.

    Xatırladaq ki, "Kopenhagen" "Qarabağ"la ilk oyununu avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.  

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0