Xəbər Lenti

    Ramil Quliyev qızıl medalını mərhum atasına həsr edib: "O hər zaman inanırdı ki, mən dünya çempionu olacağam”

    DigərTarix: 2017-08-13 17:20:00
    ...

    Türkiyəni təmsil edən azərbaycanlı yüngül atlet Ramil Quliyev dünya çempionatında qazandığı qızıl medalı mərhum atasına həsr edib.  Sport24.az xəbər verir ki, həmyerrimiz “İhlas” xəbər agentliyin müsahibəsində məhz atasının istəyi ilə hazırda yarışdığı idman növünü seçdiyini bildirib: “Ona qədər başqa idman növləri ilə məşğul olmuşdum. Bir gün atam məni yüngül atletika məşqinə gətirdi. Elə ilk gündəcə məşqçi dedi ki, sabah yarış var, iştirak edəcəksən. Cavab verdim ki, axı təzəyəm, yarışda necə iştirak edə bilərəm. Soruşdu ki, qaça bilirsən, “hə” dedim. Beləliklə, ertəsi çıxıb yarışda qaçdım və qalib oldum. Onda düşündüm ki, bu nə asan idman növüdü. Sonra yüngül atletikaya davam etdim”.

    Ramil deyib ki, atası onun ən böyük azarkeşi və ilk məşqçisi olub: “Qızıl medalı atamı həsr edirəm. Mən onu 2010-cu ildə itirdim. O hər zaman inanırdı ki, mən dünya çempionu olacağam”.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10