Xəbər Lenti

    Azərbaycanlı “muşketyorlar”, Və ya Qriqorçuk üçün həyəcan təbili

    FutbolTarix: 2017-08-13 12:39:00
    ...

    "İnter" təəccübləndirdi. Paytaxt təmsilçisi bu qədər problemlər məngənəsində ola-ola "Qəbələ" kimi əjdahayla başabaş futbol oynadı. 

    Topaz Premyer Liqasının ilk turunun ikinci qarşılaşması çərçivəsində keçirilən "İnter" - "Qəbələ" matçında qonaqlar aşkar favorit göstərilirdi. Meydan sahiblərinin problemlərini bir-bir sadalamağa ehtiyac duymuruq. Yeganə amil kimi Rauf Əliyevin də məlum səbəblərdən qeybə çəkilməsini xatırlatmaq istəyirik. Bu günədək heç kimin tanımadığı Aqşin Quluzadəylə, sonuncu dəfə komandanın start heyətində nə vaxt meydana çıxdığını hətta özü də unudan Mirhüseyn Seyidovla, Rauf Əliyevin kölgəsində qalan Pərdis Fərcad Azadla "qırmızı-qaralar"a necə müqavimət göstərmək olardı?

    Ancaq meydan sahibləri bacardılar. Müqavimət də göstərdilər, qapılarında ardıcıl 2 qol gördükdən sonra ruhdan da dümədilər, buraxılan topların birinin əvəzini də çıxdılar, hələ son dəqiqədə xal qazanmaq üçün şans da əldə etdilər. Bu komandanın ruhu tükənməzdi. Zaur Svanadze yetirmələrini inandırmağı bacarıb ki, rəqib futbolçuların da iki ayağı və bir başı var. Gürcü mütəxəssis bu cür çətin məqamda da çıxış yolunu tapdı.

    Hələ hesab 0:0 olarkən Mirhüseyn hesabı açmağa yaxın idi. Lakin Topaz Premyer Liqasının ən güclü əlcək sahibi Dmitri Bezotosnı ağır randevudan üzüağ çıxmağı bacardı. Özü də bu epizodda Seyidovu günahlandırmaq olmur. Yarımmüdafiəçi hər şeyi düzgün etmişdi. Gəl ki, ukraynalı kiper mümkün olanından da artığı ilə cavab verməyi bacardı.

    Qonaqlara gəlincə, gənc Qismət Alıyevin oyununu qeyd etməliyik. Adlı-sanlı komanda yoldaşlarının yanında yarımmüdafiəçi özünü itirmədi. Bir sıra epizodda isə gələcəyə ümidlə baxmaq üçün zəmin yaratdı. Qriqorçukun komandasının motoru ənənəvi olaraq Filip Ozobiç idi. Bəstəboy xorvat həmişəki kimi hiyləgər gedişləri ilə meydan sahiblərinə çətin anlar yaşatmağı bacarırdı.

    “İnter”də isə seçiləsi futbolçu yoxdu. Svanadzenin komandası muşketyorların məşhur şüarına uyğun oynayırdı: “Hər kəs hamı üçün, hamı hər kəs üçün”. Təzadlı məqamlardan biri də Səlahət Ağayevin gedişi ilə bağlıdı. Bu gediş Orxan Sadıqlının yolunu açmış oldu. Kim bilir, bəlkə də istedadlı əlcək sahibi üçün bu, bir başlanğıcdı və yaxın gələcəkdə onu millimizin sıralarında da görəcəyik...

    Oyunun yekun nəticəsinə gəlincə, bəlkə də meydan sahibləri bir xala layiq idilər. Ancaq daha dəqiq olsaq “Qəbələ”nin cəzalanmasını daha ədalətli adlandırardıq. Arxayınlıq “qırmızı-qaralar”ın futbolçularının hər hərəkətindən yağırdı. Roman Qriqorçuk yetirmələrinə təcili şəkildə “qulaqburması” verməsə, bunun acı fəsadları özünü çox gözlətməyəcək. 

    CEYHUN ƏLİYEV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10