Xəbər Lenti

    Cavid Ozobiçin ondan üzr istədiyini deyir: "Belə oyunumuzla çempionluq görünmür"

    FutbolTarix: 2017-08-13 00:10:00
    ...

    "Qəbələ"nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqaısnın ilk turunda "İnter"ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri oyunlar oyundan sonra müsahibə verib. Sport24.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb. 

    - Çempionatın ilk oyunudu və startda bir az ağır oluir. Bilirdik ki, çətin keçəcək. İlk hissənin ortasınadək 2 qol vurduq və sonra rahatlaşdıq. Düzdür, ikinci hissədə topu yaxşı saxladıq, ancaq üstünlüyümüzü əldən verdik. Nəticədə rəqib 1 qol vurdu. İkincini də vurmaq istədilər, ancaq alınmadı. Nəticədə qlaib gəldik.

    - "Qəbələ"də penaltini adətən sən vursan da, bu dəfə belə olmadı...

    - Burda qeyri-adi bir şey yoxdu. İndiyədək mən vurmuşam. Filip Ozobiç dedi ki, penaltini mən vurmaq istəyirəm. Dedi ki, vurum, vurum...Mən də dedim ki, vur da.

    - Bu hərəkətinə görə komanda yoldaşından küsdün?

    - Yox, sadəcə, sonra özü gəldi ki, belə-belə...

    - Etdiyi xətrinə dəydi?

    - Yox, niyə dəyir ki? Üzr istəyir, sadəcə nəsə...

    - Bu mövsüm çempionluq şanılarını necə dəyərləndirərdin?

    - Çətin, çox çətin olacaq. Belə oyunumuzla çempionluq görünmür. 

    - Deməli, komandanın oyunundan narazı qalmısan?

     - Əlbəttə, belə oyunla kim razı olar ki? İstər öz, istərsə də komanda oyunundan razı deyiləm. 

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10