Xəbər Lenti

    Zaur Svanadze: "Rauf Əliyevin ölkə xaricində oynamaq istəməsi yaxşı haldı, ancaq..."

    FutbolTarix: 2017-08-12 22:17:00
    ...

    Topaz Premyer Liqasının I turunda “İnter” öz meydanında “Qəbələ”yə məğlub olub – 1:2. Sport24.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırıb.

    Gürcüstanlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib.

    - Komandamız mübarizə apardı. Ən azından heç-heçə edə bilərdik. Ancaq alınmadı. Məğlubiyyətə baxmayaraq, komanda layiqli oyun göstərdi. Qarşıdakı matçlara hazırlaşacağıq.

     - Oyundan öncəki hesab təxmininiz necə idi? -

    Təxmin edirdim ki, komandam meydana çıxıb fədakarlıq göstərəcək. Biz bir-birimizə söz vermişdik ki, yaxşı oynayacağıq. Bunu da edə bildik. Daha yaxşı oynamaq da olardı. Matçdan əvvəl nəticə ilə bağlı konkret nəsə düşünmürdüm. Təəssüf ki, uduzduq.

    - Rauf Əliyev sanki sizin rəhbərliyiniz altında “İnter”də ikinci gəncliyini yaşayırdı. Gedərkən görüşüb, halallıq aldımı?

    - Raufun ölkə xaricində oynamaq istəməsi yaxşı haldı. Ancaq onun klubla müqaviləsi var və danışıqlar gedir. Bunu rəhbərlik həll edəcək. Qalarsa, komandamız üçün lap yaxşıdı, amma getsə də ona ancaq uğur arzulaya bilərəm. Rauf bir neçə gün əvvəl məşqdə iştirak etmədi. Ancaq belə tez getməsini istəməzdik. Arzu edirəm ki, yeni klubunda uğur qazansın. Onun milli komandaya çağırılmasını istəyərəm.

    - Xəbərlərə görə, digər oyunçularla da yalınız şifahi razılıq əldə olunub. Rauf Əliyvin məsələsi göstərdi ki, bu baxımdan klubda problem mövcuddu. Məsələ ilə maraqlanmısızmı?

    - Aparıcı futbolçuların hamısının müqaviləsi var. Ancaq bu sözləşmələr 1+1, 2+1 sistemiylədi. Bu baxımdan ola bilsin ki, nəsə problem yaransın. Məsələnin hüquqi tərəflərini tam bilmirəm.

    - Pərdis Fərcad-Azad yeganə hücumçudu. O da sıradan çıxsa...

    - Əgər belə bir şey baş versə, yalnız Mirsahib Abbasov variantımız var.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10