Xəbər Lenti

    Roman Qriqorçuk: "Sizə kim deyib ki, mən onu əvəzləmək istəyirdim?"

    FutbolTarix: 2017-08-12 22:16:00
    ...

    Topaz Premyer Liqasının I turunda “Qəbələ” səfərdə “İnter”ə qalib gəlib – 2:1. Sport24.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “qırmızı-qaralaar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb. Ukraynalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib.

    - Birinci hissənin sonunda Monroz əsəbləşib topu qırağa vurdu. Onu çağırıb əvəzləmək istəsəz də, sonradan fikrinizdən yayındız...

     - Sizə kim deyib ki, mən onu əvəzləmək istəyirdim? Belə bir şey yox idi.

    - Oyun və nəticə gözlədiyiniz kimi oldu?

    - Bilmirəm necə komanda gözləyim. Çünki heyət yenidi. Ona görə nə gözlədiyimi demək çətindi.

    - Komandanın hazırkı vəziyyəti barədə nə deyə bilərsiz?

    - İşləməli olduğumuz çox şeylər var. Qarşıdakı müddətdə bunları aradan qaldırmağa çalışacağıq. Fərdi baxımdan müəyyən problemlər, səhvlər gözümə dəydi.

    - Sizcə, heyət tam komplektləşib?

    - Əlbəttə. Düşünürəm ki, komandamız tam komplektləşib. Ona görə düşünmürəm ki, hər hansı yeni oyunçu cəlb olunsun. Avrokubokmlarda daha yaxşı çıxış etmək istəyirdik. Ancaq alınmadı. Bu baxımdan da yeni oyunçunun cəlb edilməsinə ehtiyac qalmayıb.

    - Son 10 dəqiqədə “İnter” ardıcıl olaraq bir neçə qol epizodu yaratdı...

    - 2:0 üstün olarkən təzyiqi daha da artırmalıydıq. Ancaq əksinə oldu və rəqib fərqi azaltdı. Bu da rəqibə üstünlük verdi və hücumları artdıq.

    - Limitə görə 4 yeni transfer meydana çıxa bilmədi. Bunu nəzərə alıb növbəti oyunlarda rotasiyalar gözləmək olarmı?

    - Çalışacağıq ki, bütün oyunçulardan istifadə edək. İstəyimiz də bununla bağlıdı. Onların hamısı komandaya kömək etməsi xeyrimizə olar. Sevinirik ki, heyətdə zədəli yoxdu.

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10